Icma.az
close
up
RU
SON DƏQİQƏ! DTX məlumat yaydı KONKRET

SON DƏQİQƏ! DTX məlumat yaydı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunmuşdur.

KONKRET.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunmuşdur.

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü ilə əlaqədar, aprelin 2-si Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Daha sonra Şəhidlər xiyabanında respublikamızın müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin və Azərbaycanın Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının mərhum əməkdaşlarının məzarları ziyarət olunmuş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında Xidmətin şəxsi heyətinin və veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə öncə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad olunmuş və ardınca Dövlət Himni səsləndirilmişdir.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək, peşə bayramı münasibətilə şəxsi heyətə öz təbriklərini çatdırmış, yarandığı gündən bugünədək mürəkkəb yol keçmiş təhlükəsizlik orqanlarının inkişafında ömrünün 25 ilini bu mühüm təsisatda xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevin danılmaz rolundan ətraflı bəhs etmişdir. Xidmət rəisi bildirmişdir ki, DTX-nin əməkdaşları dahi rəhbərin bu orqanlarda əsasını qoyduğu peşəkarlıq məktəbini və vətənpərvərlik irsini bu gün də layiqincə davam etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və əvəzsiz qayğıdan söhbət açan general-polkovnik Əli Nağıyev qeyd etmişdir ki, məhz bu diqqət və qayğının nəticəsində DTX-nin fəaliyyətini müasir çağırışlara uyğun şəkildə qurmaq mümkün olur, Xidmətin maddi-texniki təminatı, əməkdaşların iş şəraiti və sosial vəziyyəti gündən-günə yüksəlir.

Xidmət rəisi ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından DTX-nin səmərəli fəaliyyət göstərdiyini, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulamışdır.

Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirmişdir.

Çıxışının sonunda Əli Nağıyev, Ali Baş Komandan İlham Əliyev tərəfindən DTX-nin şəxsi heyətinə göstərilən etimadın və etibarın bundan sonra da doğruldulacağına, təhlükəsizliyin qorunması naminə əməkdaşların daima böyük səy və əzmlə çalışacaqlarına dərin inamını ifadə etmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev DTX-nin əməkdaşlarını və veteranlarını Azərbaycan təhlükəsizlik orqanlarının yaranması günü və peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan xüsusi xidmət orqanlarının qarşısında duran vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə, DTX-nin təhlükəsizliyin qorunması işinə davamlı olaraq önəmli töhfələr verəcəyinə, ölkə başçısının rəhbərliyi ilə Xidmətin gələcəkdə də yeni-yeni nailiyyətlər qazanacağına əmin olduğunu demişdir.

Çıxışlar bitdikdən sonra DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə, müxtəlif orden və medallara layiq görülməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamlar elan olunmuş, DTX-nin müvafiq əmrləri ilə bir sıra əməkdaşlar mükafatlarla təltif edilmişlər.

Tədbir, rəsmi hissədən sonra DTX-nin Mədəniyyət Mərkəzində mədəni proqramdan ibarət bədii hissə ilə davam etmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri