Icma.az
close
up
RU
Dubayda Dünya Hökumətləri Sammitində əmək bazarı ilə bağlı siyasətlər müzakirə olunub

Dubayda Dünya Hökumətləri Sammitində əmək bazarı ilə bağlı siyasətlər müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində növbəti Dünya Hökumətləri Sammiti keçirilir. Tədbirdə dünya ölkələrinin dövlət və hökumət başçıları, yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sammitdə həyati əhəmiyyətli sektorlarda sürətli transformasiyalar və dərinləşən qlobal dəyişikliklərlə bağlı davamlı inkişafın gücləndirilməsi, gələcəyə hazır cəmiyyətlərin qurulması, habelə əmək bazarı ilə bağlı siyasətlər müzakirə olunur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sammitin plenar sessiyasında, habelə qlobal tədbir çərçivəsində keçirilən Əməyin Gələcəyi Forumunda iştirak edib.

Forumda texnoloji inkişafla əlaqədar əmək bazarında baş verən sürətli dəyişikliklərə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılaraq gələcəyə hazırlanması, əmək bazarı strategiyalarının rəqəmsal iqtisadiyyatın tələbləri ilə uyğunlaşdırılması məsələləri geniş müzakirə olunub.

Vüsal Nəsirli sammit çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlikləşmə naziri, ali təhsil və elmi tədqiqat naziri vəzifəsini icra edən Dr. Abdülrəhman əl Avar ilə görüşüb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin dinamik və hərtərəfli inkişafından bəhs olunub.

İki ölkə arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.

Ötən il iki nazirlik arasında imzalanmış əməkdaşlıq sənədinin əlaqələrin dərinləşdirilməsində əhəmiyyəti qeyd edilib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri