Icma.az
close
up
RU
AZƏRTAC Dünya Media Sammitində

AZƏRTAC Dünya Media Sammitində

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çinin rəsmi “Sinxua” agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevlə müsahibəni dərc edib.

“Dünya Media Sammiti Çinin həqiqi simasını dünyaya nümayiş etdirmək üçün əla fürsətdir” sərlövhəli müsahibədə Vüqar Əliyev Dünya Media Sammitinin beynəlxalq auditoriyanı əsl Çin, onun zəngin tarixi və mədəniyyəti, müasir həyatı və müxtəlif sahələrdəki nailiyyətləri ilə tanış etmək üçün əla fürsət yaratdığını bildirib.

AZƏRTAC-ın rəhbəri Dünya Media Sammitinin açıq dialoq, peşəkar təcrübə mübadiləsi və müxtəlif ölkələrin media qurumları arasında etimadın möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyini vurğulayıb. Qeyd edib ki, əməkdaşlığın ən perspektivli sahələri arasında birgə jurnalist layihələri, kontent mübadiləsi, mediaturların təşkili və redaksiyalar arasında birbaşa əlaqələrin gücləndirilməsi vacibdir. Məhz bu cür əməkdaşlıq stereotipləri aradan qaldırmağa və obyektiv mənzərə yaratmağa kömək edər.

Süni intellektin sürətli inkişafı və onun beynəlxalq jurnalistikaya təsiri barədə də danışan Vüqar Əliyev yeni texnologiyaların media üçün geniş imkanlar yaratdığını bildirib. Diqqətə çatdırıb ki, süni intellekt informasiyanın emalını xeyli sürətləndirir, böyük həcmdə məlumatların təhlilini aparır, dil maneələrini aradan qaldırır. Ona görə də bu imkanlar xüsusilə müxtəlif dillərdə böyük informasiya axını ilə hər gün məşğul olan xəbər agentlikləri üçün vacibdir.

Çinlə bağlı məlumatların Azərbaycan mediasında işıqlandırılmasına toxunan Vüqar Əliyev AZƏRTAC-ın Çinin texnoloji irəliləyişləri, rəqəmsal iqtisadiyyatın inkişafı, irimiqyaslı infrastruktur layihələri və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə xüsusi maraqlandığını bildirib. Vurğulayıb ki, agentlik müxtəlif jurnalistika formatlarından - təcili xəbərlərdən, müsahibələrdən, analitik materiallardan, videoreportajlardan və multimedia layihələrindən istifadə edərək Çinlə bağlı xəbərləri hərtərəfli işıqlandırmağa çalışır.

“Sinxua” qeyd edib ki, AZƏRTAC-ın rəhbəri çinli həmkarları ilə ünsiyyəti vacib hesab edib, bu görüşlərin milli media mühitinin xüsusiyyətlərini daha yaxşı anlamağa, peşəkar təcrübə mübadiləsinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə imkan verdiyini bildirib.

Agentliyin gələcək planlarından da danışan Vüqar Əliyev qeyd edib ki, Dünya Media Sammiti başa çatdıqdan sonra AZƏRTAC Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirməyə davam edəcək.

Çin şirkətlərinin Azərbaycanda iri enerji layihələri həyata keçirdiklərini vurğulayan Agentliyin rəhbəri AZƏRTAC-ın onların fəaliyyəti ilə bağlı informasiyalar hazırlayıb yaydığını da diqqətə çatdırıb.

* * *

Çinin paytaxtı Pekində keçirilən 7-ci Dünya Media Sammiti çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Qazaxıstanın “QAZCONTENT” Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “QAZCONTENT"in İdarə Heyətinin sədri Adil Seyfullin imzalayıb.

Sənədə əsasən, tərəflər xəbər və təcrübə mübadiləsi aparacaq, dezinformasiyaya qarşı mübarizə və texnologiyalar sahəsində əməkdaşlıq edəcək, tədbirlərin işıqlandırılmasına qarşılıqlı dəstək göstərəcək, media sahəsinin inkişafına dair fotosərgilər, onlayn seminarlar və digər tədbirlər kimi birgə informasiya layihələri həyata keçirəcəklər.

* * *

Pekinə səfəri çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin “Sinxua”nın baş redaktoru Lyu Yanson ilə görüşündə agentliklər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması digər sahələrdə olduğu kimi, media sahəsində də əlaqələrin inkişaf etdirilməsinə imkan yaradıb. Bu məsələyə iki ölkənin milli xəbər agentliklərinin böyük töhfə verdiyi vurğulanıb. AZƏRTAC və “Sinxua” arasında son illər əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə olunub.

Təcrübə və xəbər mübadiləsinin daha da aktivləşdirilməsinin, beynəlxalq platformalarda tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi qeyd edilib, ortaq tədbirlərin iki ölkə və xalq arasında münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanıb.

* * *

Media Sammiti çərçivəsində AZƏRTAC ilə Belarus Teleqraf Agentliyi (BELTA) arasında yeni anlaşma memorandumu imzalanıb.

Sənədə əsasən tərəflər xəbərlərin, həmçinin foto və videomaterialların mövcud texnoloji vasitələrdən istifadə etməklə gündəlik və pulsuz mübadiləsini həyata keçirəcəklər. Bundan başqa, tərəflər müxbirlərinin, redaktorlarının və texniki mütəxəssislərinin qarşılıqlı səfərləri və əlaqələri vasitəsilə təcrübə mübadiləsi aparacaqlar.

Memorandum, həmçinin AZƏRTAC və BELTA-ya öz ərazilərində keçirilən tədbirlərin qarşılıqlı işıqlandırılmasına imkan verir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri