Icma.az
close
up
RU
Dubayda dünyanın ilk üzən “ağıllı” polis məntəqəsi açılacaq

Dubayda dünyanın ilk üzən “ağıllı” polis məntəqəsi açılacaq

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dubay Polis Departamenti dünyada və Yaxın Şərqdə ilk üzən “ağıllı” polis məntəqəsinin (SPS) 2026-cı ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb.

AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, 2 milyard AED dəyərində olan layihənin təqdimatını BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum edib. Bu təşəbbüs asayişi və təhlükəsizliyi gücləndirmək, xüsusi polis təlimlərinə sərmayə qoymaq məqsədini daşıyır. Dubay Polis Departamentinin nümayəndəsi Faysal Al Tamimi üzən SPS-nin yaxta və qayıq sahiblərinin ehtiyaclarına cavab verən dizaynla dənizdə dünyasəviyyəli, qabaqcıl xidmətlər təklif etmək məqsədilə 2026-cı ilin sonuna qədər hazır olacağını bildirib. Onun sözlərinə görə, bu, cəmiyyətin xoşbəxtliyini, həmçinin “Dubay - dünyanın ən ağıllı və xoşbəxt şəhəri" təşəbbüsü ilə uyğun gələn polis xidmətlərinə sürətli və asan çıxışı təmin edəcək.

SPS cinayət və yol hərəkəti haqqında hesabatların verilməsi də daxil olmaqla 27 əsas xidmət və altı dildə mövcud olan 33 əlavə xidmətdən ibarət paket təqdim edəcək. Xidmətlərə itirilmiş əşyaların qaytarılması, sertifikatlar və icazələr üçün sorğuların idarə edilməsi daxildir. Polis əməkdaşı əlavə edib ki, SPS sutka ərzində insan müdaxiləsi olmadan işləyəcək. Məntəqə, həmçinin ənənəvi xidmət mərkəzlərində ziyarətçilərin sayını azaldacaq, prosesləri və əməliyyatları təkmilləşdirmək üçün süni intellekt (AI) və robot texnikasından istifadə edəcək. Polkovnik Al Tamimi bildirib ki, üzən SPS müasir dizaynlı qayıqların və yaxtaların xüsusiyyətlərini nəzərə alacaq, gəliş, minmə və enmə prosesini daha da asanlaşdıracaq.

Dubay Polis Departamenti bildirib ki, bu tip “ağıllı” polis məntəqələri hər yerdə icma üzvlərinə yüksəksəviyyəli və tam avtomatlaşdırılmış xidmətlər təqdim etmək məqsədi ilə yaradılacaq. Bununla yanaşı, quru ərazilərdə - hava limanları və vağzallarda da polis məntəqələri süni intellektin ən son nailiyyətlərini tətbiq etməklə fəaliyyət göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri