Icma.az
close
up
RU
Dubayda dünyanın ilk üzən “ağıllı” polis məntəqəsi açılacaq

Dubayda dünyanın ilk üzən “ağıllı” polis məntəqəsi açılacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dubay Polis Departamenti dünyada və Yaxın Şərqdə ilk üzən “ağıllı” polis məntəqəsinin (SPS) 2026-cı ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb.

“Emirates” agentliyi xəbər verir ki, 2 milyard AED dəyərində olan layihənin təqdimatını BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum edib. Bu təşəbbüs asayişi və təhlükəsizliyi gücləndirmək, xüsusi polis təlimlərinə sərmayə qoymaq məqsədini daşıyır. Dubay Polis Departamentinin nümayəndəsi Faysal Al Tamimi üzən SPS-nin yaxta və qayıq sahiblərinin ehtiyaclarına cavab verən dizaynla dənizdə dünyasəviyyəli, qabaqcıl xidmətlər təklif etmək məqsədilə 2026-cı ilin sonuna qədər hazır olacağını bildirib. Onun sözlərinə görə, bu, cəmiyyətin xoşbəxtliyini, həmçinin “Dubay - dünyanın ən ağıllı və xoşbəxt şəhəri" təşəbbüsü ilə uyğun gələn polis xidmətlərinə sürətli və asan çıxışı təmin edəcək.

SPS cinayət və yol hərəkəti haqqında hesabatların verilməsi də daxil olmaqla 27 əsas xidmət və altı dildə mövcud olan 33 əlavə xidmətdən ibarət paket təqdim edəcək. Xidmətlərə itirilmiş əşyaların qaytarılması, sertifikatlar və icazələr üçün sorğuların idarə edilməsi daxildir. Polis əməkdaşı əlavə edib ki, SPS sutka ərzində insan müdaxiləsi olmadan işləyəcək. Məntəqə, həmçinin ənənəvi xidmət mərkəzlərində ziyarətçilərin sayını azaldacaq, prosesləri və əməliyyatları təkmilləşdirmək üçün süni intellekt (AI) və robot texnikasından istifadə edəcək. Polkovnik Al Tamimi bildirib ki, üzən SPS müasir dizaynlı qayıqların və yaxtaların xüsusiyyətlərini nəzərə alacaq, gəliş, minmə və enmə prosesini daha da asanlaşdıracaq.

Dubay Polis Departamenti bildirib ki, bu tip “ağıllı” polis məntəqələri hər yerdə icma üzvlərinə yüksəksəviyyəli və tam avtomatlaşdırılmış xidmətlər təqdim etmək məqsədi ilə yaradılacaq. Bununla yanaşı, quru ərazilərdə - hava limanları və vağzallarda da polis məntəqələri süni intellektin ən son nailiyyətlərini tətbiq etməklə fəaliyyət göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri