Dubayda keçirilən beynəlxalq konfransda azərbaycanlı şərqşünasın məruzəsi dinlənilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 aprel, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzinin (ISARC) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirdiyi 10-cu Beynəlxalq Dubay Elmi Tədqiqatlar və İnnovasiya Konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alim konfransa onlayn qoşularaq “Gülüstan ostanının toponimləri” mövzusunda məruzə edib. İndiyədək Gülüstan ostanının toponimlərinin elmi şəkildə araşdırılmadığını deyən məruzəçi İranın şimal-şərqində yerləşən bu ostanın coğrafi mövqeyi, onunla həmsərhəd olan ostanlar barədə məlumat verib. Gülüstan ostanının əhalisinin 60 faizinin türkmənlər, Xorasan türkləri və azərbaycanlılar olduğunu bildirib. Ostanın Azadşəhr, Ağqala, Əliabad, Gümüşan və digər şəhərləri barədə məlumat verən A.Həsənova bu adların mənşəyinə diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















