Dubayda Ümumdünya Səhiyyə Sərgisi açılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Dubayın “Expo City” şəhərindəki Dubay Sərgi Mərkəzində 2026-cı il Ümumdünya Səhiyyə Sərgisinin (WHX) açılışı olub. Tədbirin təşkilatçıları qismində BƏƏ Səhiyyə və Profilaktika Nazirliyi, milli və əmirlik səviyyəli səhiyyə orqanları, “Emirates Health” platforması çıxış edib.
AZƏRTAC rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, bu milli platforma vasitəsilə BƏƏ-nin səhiyyə orqanları siyasətin, tənzimləmənin və innovasiyanın milli miqyasda necə tətbiq olunduğunu nümayiş etdirir, səhiyyəni prioritet kimi gücləndirir. Əsas məqsəd səhiyyədə ən müasir texnologiyaların tətbiqi üzrə son nailiyyətlərin təqdim edilməsidir.
Sərgidə ABŞ, Çin, Türkiyə, Hindistan, İsveçrə, Britaniya, İtaliya və digər ölkələrin dərman preparatları və tibbi ləvazimat, həmçinin bu sahədə ən müasir avadanlıqlar istehsal edən 150-dən çox şirkəti təmsil olunur.
“Emirates Health” sərgisinin bir hissəsi olaraq, siyasətin, tənzimləmənin və innovasiyanın əhali sağlamlığını və gələcəyə hazırlığı necə dəstəklədiyini nümayiş etdirmək üçün bir sıra təşəbbüslər də təqdim olunur. Sərgidə həyatları xilas etmək, orqan bağışlama və transplantasiya sahəsində regional və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyan konfranslar keçirilir. Bundan başqa, tədbirdə iştirak edən beynəlxalq şirkətlərlə müasir tibb texnologiyalarının tədarükü üzrə müqavilələrin bağlanacağı da gözlənilir.
Sərgi fevralın 13-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 09 Fevral 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















