Dubinski: “Rusiya və ABŞ Ukraynanın iştirakı olmadan sülh şərtlərini razılaşdıracaqlar”
Ayna saytına istinadən Icma.az xəbər verir.
“Dediklərimin hamısı mayın sonu - iyunun birinci yarısında baş verməlidir”
“Rusiya və ABŞ Ukraynanın iştirakı olmadan atəşkəs şərtləri barədə razılığa gəliblər”. AYNA.AZ bildirir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı, dövlətə xəyanətdə ittiham olunaraq həbs həyatı yaşayan Aleksandr Dubinski öz “Telegram” kanalında yazıb.
"Ukrayna və Rusiya öz şərtlərini təqdim edirlər. Sonra onların yerinə yetirilməsinin qeyri-mümkünlüyü qeydə alınır və daxili məsləhətləşmələrə keçid edilir. Bunun fonunda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş, kompromis şərtləri haqqında razılaşma və onların Ukraynaya çatdırılması var”, Dubinski vurğulayıb.
Onun sözlərinə görə, dediklərinin hamısı “mayın sonu - iyunun birinci yarısında baş verməlidir”.
Baxış sayı:139
Bu xəbər 18 May 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















