Zelenski Rusiya üçün şərtlərini AÇIQLADI
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Qərbin Rusiyaya qarşı sanksiyaları yalnız Moskvanın iki şərti yerinə yetirdiyi halda yumşaldıla bilər. Bunlardan biri də Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır.
Modern.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqındakı çıxışı zamanı bildirib.
Ukrayna dövlətinin başçısı Avropa liderlərini Rusiyaya təzyiqləri azaltmamağa çağırıb.
“Rusiya öz qoşunlarını torpaqlarımızdan çıxarmağa və təcavüz nəticəsində dəyən zərəri kompensasiya etməyə başlayana qədər sanksiyalar qüvvədə qalmalıdır. Mən sizi sanksiyaları pozan sxemlərə və Rusiyanın hərbi əməliyyatlarını maliyyələşdirmək cəhdlərinə qarşı mübarizəni davam etdirməyə çağırıram”, - deyə Zelenski əlavə edib.
Prezident qeyd edib ki, müharibənin dayandırılması üçün diplomatik səylərin davam etdirilməsi Rusiyaya təzyiqlərin azaldıla biləcəyi anlamına gəlmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Mart 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















