Dukono vulkanı püskürdü: Kül 3.4 km yüksəklikdə atmosferə yayıldı
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İndoneziyanın Halmahera adasında yerləşən Dukono vulkanının püskürməsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Asiya respublikasının Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Məlumata görə, kül vulkanın kraterindən təxminən 3400 metr hündürlüyə qalxaraq dəniz səviyyəsindən 4487 metr yüksəkliyə çatıb. Ağ və boz külün şimal-qərb istiqamətində yayıldığı bildirilir.
Vulkanologiya mərkəzi yerli sakinləri və turistləri kraterdən 4 kilometr radiusda uzaq durmağa və tənəffüs yollarını qorumaq üçün maskalardan istifadə etməyə çağırıb.
Qeyd edək ki, mayın 8-də Dukono vulkanının püskürməsi nəticəsində azı iki nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.
İndoneziya Sakit okean və Avstraliya tektonik plitələrinin qovşağında yerləşdiyi üçün yüksək seysmik aktivlik zonası hesab olunur. Ölkədə 500-dən çox vulkan mövcuddur ki, onların təxminən 130-u aktivdir.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:180
Bu xəbər 15 May 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















