Dumbadzenin “Kykaraça”sı Gəncə səhnəsundə
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Gəncə Dövlət Milli Dram Teatrı ilə Ozurgeti Milli Dram Teatrının birgə layihəsi çərçivəsində N.Dumbadzenin "Kukaraça" tamaşasının premyerası olub. Layihə hər iki teatr arasında bağlanmış əməkdaşlıq memorandumunun tərkib hissəsinə əsasən hazırlanmışdır. Bu layihə Azərbaycan teatr tarixində bir ilk idi. Yəni, tamaşada Gürcü aktyorları ilə Azərbaycan eyni səhnəni, hətta eyni dialoqu paylaşırlar. Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, kordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.
Tamaşanın quruluşçu rejissoru Gürcüstan respublikasının əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssamı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynovadır.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















