Dunayda suyun səviyyəsinin azalması gəmiçiliyə əngəl törədir
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Dunayda qeyri-adi dərəcədə aşağı su səviyyəsi Avropanın ikinci ən uzun çayı boyunca Macarıstanda gəmiçilik, kənd təsərrüfatı və yerli ekosistemlərə təsir göstərir. Bu çay qitə boyunca əsas nəqliyyat marşrutu kimi xidmət edir.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu həftə Budapeştdə havanın temperaturu 35 dərəcəyə çatıb.
Macarıstan Gəmiçilik Assosiasiyasının sədr müavini Attila Bençsikin sözlərinə görə, aşağı su səviyyəsi yük gəmilərini yüklərinin yarısından çoxunu boşaltmağa məcbur edir və onlar tutumlarının yalnız 30-40 faizi həcmində işləyə bilir. Eyni zamanda, yüklərin göndərilməsi xərcləri 100 faizə qədər arta bilər, çünki gəmi tam yüklənmiş halda üzə bilmirsə, əlavə ödəniş tələb olunur.
Macarıstanın su təsərrüfatı Baş idarəsinin rəsmisi Attila Szeqinin sözlərinə görə, Dunayda suyun səviyyəsinin belə aşağı olması nadir deyil və adətən avqust ayında baş verir. O, gələn həftə Dunay çayının su hövzəsi bölgəsində yağışın gözlənildiyini, bunun da suyun səviyyəsinin bir qədər artmasına və gəmiçiliyin vəziyyətinin yaxşılaşmasına səbəb olacağını bildirib.
Macarıstan Dövlət Meteorologiya İnstitutu – “HungaroMet” iyun ayında yağıntının aylıq orta göstəricisinin cəmi 17 faiz təşkil etdiyini və bunun 1901-ci ildən bəri ən aşağı rəqəm olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 İyul 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















