Icma.az
close
up
RU
“Saqqallı qadağa” ortaq maraqlara əngəl törədir

“Saqqallı qadağa” ortaq maraqlara əngəl törədir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

907-ci düzəlişin saxlanılması Vaşinqtonun regional siyasətinə ziddir

ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” qəzetində Birləşmiş Ştatların Azərbaycana birbaşa dövlət yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin birdəfəlik ləğv edilməsinin vacibliyinə həsr olunmuş məqalə dərc olunub. Məqalənin müəllifi Xarici Siyasət Tədqiqatları İnstitutunun (FPRI) baş elmi işçisi Stiven Blankdır.

Müəllif yazır ki, qanunvericiliyin milli maraqlara və onları həyata keçirmək üçün lazım olan strategiyalara xidmət etməsinin vacibliyi çoxdan qəbul edilmiş bir həqiqətdir: “Həmin prinsip bu gün Vaşinqtonun Cənubi Qafqazdakı mövqeyi üçün xüsusilə əhəmiyyətlidir. Hazırkı ABŞ administrasiyasının ən cəsarətli və gələcəyə hesablanmış təşəbbüslərindən biri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu – TRIPP-dir. Bu proqram ticarət, nəqliyyat və kommunikasiya marşrutu yaratmaqla və Amerikanın Cənubi Qafqazda geniş və davamlı iştirakına sadiqliyini vurğulamaqla Ermənistan və Azərbaycan arasında 30 illik düşmənçiliyə faktiki olaraq son qoydu”.

S.Blank layihəni “geosiyasi şedevr” adlandırır və qeyd edir ki, TRIPP-in öz məqsədinə çatması – beynəlxalq ticarət üçün yeni perspektivlər açması və Vaşinqtonun regionda uzunmüddətli mövcudluğunu təmin etməsi üçün Konqres onu qanunvericilik yolu ilə dəstəkləməlidir: “Bu, ABŞ hökumətinin Azərbaycana yardım göstərməsini və birgə fəaliyyəti qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tamamilə ləğv edilməsi deməkdir. Həmin qanunvericilik keçmişin qalığıdır. O dövrdə Bakı və İrəvan müharibə vəziyyətində idi və Amerikadakı erməni diasporu öz nüfuzundan istifadə edərək onu qəbul etdirmişdi. Daha o günlər keçdi. Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar. Konqresin ABŞ-ın Mərkəzi Asiyadakı təsirini və mövcudluğunu kifayət qədər gücləndirəcək qanunvericilik qəbul etməsinin vaxtıdır. 907-ci düzəlişdə nəzərdə tutulan məhdudiyyətlərin saxlanılması yalnız amerikalı diplomatların və iş adamlarının Bakı ilə işləməsinə mane olur.

Azərbaycan coğrafi mövqeyinə görə Mərkəzi Asiya və Avropa arasında ticarətdə əsas oyunçulardan və vasitəçilərdən birinə çevrilib. Mərkəzi Asiya ölkələrinin hökumətləri isə açıq şəkildə Vaşinqtonla əlaqələrin möhkəmləndirilməsinə can atırlar. Region dövlətlərinin liderlərinin Prezident Donald Trampla gözlənilən görüşü (C5+1) görüşü də bunu sübut edir. Belə olan təqdirdə ABŞ qanunvericiliyi milli maraqlara və strategiyaya mane olmamalı, əksinə, onu asanlaşdırmalıdır”.

Amerikalı tədqiqatçı qeyd edir ki, bu əlaqələr həm Mərkəzi Asiya, həm də ABŞ üçün vacibdir: “Amerika Rusiyanın uran tədarükündən çox asılıdır. Qazaxıstanın TRIPP vasitəsilə Amerikaya uran tədarük etməsinə gətirib çıxaracaq qarşılıqlı faydalı münasibətlərin qurulması həm Vaşinqton, həm də Astana üçün faydalı olardı. Digər nümunə nadir faydalı qazıntılardır. Çin onların çıxarılmasına və emalına strateji cəhətdən dominantlıq edir. Amerika üçün bu strateji əhəmiyyətli mineralların mənbələrini şaxələndirmək, şübhəsiz ki, növbəti addımdır. Mərkəzi Asiya zəngin ehtiyatlara malikdir və açıq şəkildə bu sektorda heç kimə tabe olmaq istəmir”.

Müəllif bildirir ki, Tramp regionda Amerika şirkətləri üçün investisiya və ticarət imkanları axtarır. Bu arada Mərkəzi Asiya liderləri nadir faydalı qazıntıların və digər vacib mineralların kəşfiyyatı, istehsalı, emalı və ixracı sahəsində Vaşinqtonla əməkdaşlığı genişləndirməyə çalışır və ortaq maraqları nümayiş etdirirlər: “Bu kontekstdə ABŞ-ın köhnəlmiş qanunvericiliyi saxlamaqla və Amerikanın strateji maraqlarını dəstəkləmək üçün zəruri tələbləri yerinə yetirməməklə həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada Azərbaycanın regional təsirini dəstəkləməməsi mənasız görünür. Çünki nadir faydalı qazıntılar və digər əsas mallar Qərb bazarlarına çıxmaq üçün TRIPP zonasından keçməlidir”.

S.Blank qeyd edib ki, bu arada Çin iqtisadi gücündən və əlaqələrindən istifadə edərək Azərbaycandakı təsirini artırmağa çalışır: “Bunu bu yaxınlarda Bakıya İslamabad vasitəsilə Çin–Pakistan “JF-17” qırıcı təyyarələrinin satışı da göstərir. “New Lines” Strategiya və Siyasət İnstitutunun baş direktoru Kamran Boxarinin qeyd etdiyi kimi, Amerika şirkətlərinin oxşar sövdələşmələrdən çəkinməsi üçün heç bir səbəb yoxdur. TRIPP təşəbbüsü sayəsində ABŞ-ın bir sıra getdikcə daha vacib və potensial kritik sferalarda maraqları inkişaf etdirilə bilər. Bunun üçün Cənubi Qafqaz və Mərkəzi Asiyada dəyişən və formalaşan strateji landşaftı, onun Amerikaya təqdim etdiyi imkanları tanımaq tələb olunur. TRIPP-i regional kontekstə inteqrasiya etmək və Vaşinqtonun maraqlarını inkişaf etdirmək üçün Konqresin bu prosesə mane olmaq əvəzinə qətiyyətlə hərəkət etməsi son dərəcə vacibdir. 907-ci düzəlişin ləğvi lazımi anda atılmalı olan düzgün addımdır və bunun faydaları əhəmiyyətli olacaq”.

***

Amerikalı tədqiqatçının “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvinin vacibliyi barədə irəli sürdüyü arqumentlər həm rasional, həm də strateji baxımdan dərin məntiqlə əsaslandırılıb. Onun fikirləri təkcə Azərbaycana münasibətdə deyil, bütövlükdə, ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinə yeni dinamika qazandırmaq baxımından diqqətəlayiqdir. Blankın vurğuladığı kimi, artıq bölgədə köhnə düşüncə tərzini qoruyub saxlamaq ABŞ-ın milli maraqlarına xidmət etmir. 907-ci düzəlişin saxlanılması Vaşinqtonun iqtisadi və siyasi manevr imkanlarını məhdudlaşdırır, ABŞ-ın regional proseslərdə rolunu zəiflədir.

Azərbaycan bu gün geosiyasi baxımdan həm Cənubi Qafqazda, həm də Avrasiya nəqliyyat arteriyalarında əsas keçid nöqtəsinə çevrilib. Orta Dəhliz, TRIPP və digər təşəbbüslər məhz Bakının fəal iştirakına söykənir. Bu reallıq fonunda ABŞ-ın hələ də 1992-ci ildə qəbul edilmiş, müharibə dövrünün şərtlərinə əsaslanan bir düzəlişin girovluğunda qalması məntiqsiz görünür. O vaxt bu qanun lobbi təsiri altında qəbul edilmişdi. Bu gün isə nə müharibə vəziyyəti var, nə də həmin dövrün siyasi konfiqurasiyası. Əksinə, regionda sülh, nəqliyyat və ticarət əlaqələrinin bərpası üçün yeni imkanlar yaranıb.

Blankın TRIPP təşəbbüsünü “geosiyasi şedevr” adlandırması təsadüfi deyil. Bu layihə həm ABŞ şirkətlərinə yeni bazarlara çıxış imkanı yaradır, həm də Vaşinqtonun enerji, logistika və nadir faydalı qazıntılar sektorunda uzunmüddətli maraqlarına xidmət edir. Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinin Amerikanın dəstəyinə açıq olması da onu göstərir ki, regionda ABŞ üçün real tərəfdaşlıq imkanları mövcuddur. Bu isə yalnız Azərbaycanın fəal iştirakı ilə mümkündür.

907-ci düzəlişin ləğvi ABŞ üçün həm iqtisadi, həm də geostrateji baxımdan irəliyə atılmış addım olacaq. Bu qərar Vaşinqtona həm Rusiya və Çin qarşısında təsir gücünü artırmaq, həm də Avrasiya enerji və nəqliyyat marşrutlarında iştirakını dərinləşdirmək imkanı verəcək. Azərbaycanla əməkdaşlığın qarşısını alan məhdudiyyətlər aradan qalxsa, ABŞ şirkətləri regionda mühüm layihələrə sərmayə qoya bilər. Həm də bu, Amerikanın Cənubi Qafqazda etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirər. Əslində, 907-ci düzəlişin qüvvədə qalması ABŞ diplomatiyasını reallıqlardan uzaqlaşdırır. Yeni dövrdə Vaşinqton regional əməkdaşlığa, sülhə və iqtisadi inteqrasiyaya dəstək verməklə həm öz maraqlarını təmin edər, həm də qlobal sabitliyə töhfə verər. ABŞ-ın milli strategiyası artıq cəza və təcrid prinsipləri üzərində deyil, əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri üzərində qurulmalıdır.

Politoloq Ramiyə Məmmədova bildirdi ki, S.Blankın irəli sürdüyü mövqe ABŞ siyasətində dönüş nöqtəsi ola bilər. Onun sözlərinə görə, 907-ci düzəlişin ləğvi təkcə Azərbaycanın maraqlarına xidmət etmir, həm də Amerikanın qlobal təsir mexanizmini gücləndirir: “Vaşinqtonun Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsi üçün Bakı ilə birbaşa əməkdaşlıq qaçılmazdır. Azərbaycan bu regionda nəqliyyat, enerji və təhlükəsizlik baxımından həlledici oyunçudur. ABŞ üçün bu əməkdaşlıq həm Rusiya və Çin qarşısında balans yaratmaq, həm də uran və digər nadir faydalı qazıntılar kimi strateji resurslara çıxışı təmin etmək baxımından həyati əhəmiyyət daşıyır. Beləliklə, 907-ci düzəlişin ləğvi ABŞ-ın maraqlarını real geosiyasi mühitlə uzlaşdıracaq və regionda yeni güc mərkəzi formalaşdırmaq istiqamətində mühüm addım olacaq”.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri