Icma.az
close
up
RU
Dündar Keşaplı nüfuzlu jurnalistika mükafatına layiq görülüb

Dündar Keşaplı nüfuzlu jurnalistika mükafatına layiq görülüb

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyaca məşhur İtaliyanın Viareggio şəhərində keçirilən İtaliya İdman Zirvəsi – USSI 80 tədbirində TRT Sport İtaliya müxbiri, veteran jurnalist Dündar Keşaplı beynəlxalq mətbuatda İtaliya idmanını ən effektiv və uğurlu şəkildə təmsil edən jurnalist mükafatına layiq görülüb.

İtaliya İdman Yazarları Dərnəyinin (USSI) 80 illik yubileyi çərçivəsində keçirilən zirvə toplantısında təqdim edilən mükafat fevral ayında keçiriləcək Milan-Kortina Qış Olimpiya və Paralimpiya Oyunlarından əvvəl xüsusi əhəmiyyət daşıyıb. Keşaplı İtaliyada çalışan xarici jurnalistlər arasında xəbər reportajları, müsahibələri və analizləri ilə İtaliya idmanını dünya ictimaiyyətinə uğurla çatdırdığına görə təltif edilib.

“İdman mədəniyyətlərarası universal bir dildir”

Mükafatlandırma mərasimində çıxış edən TRT Sport İtaliya müxbiri Dündar Keşaplı idmanın birləşdirici gücünə diqqət çəkərək deyib: “İdman təkcə rəqabət deyil, həm də dialoq və iş birliyini gücləndirən universal bir dildir”. Milan-Kortina Olimpiadasının yalnız bir idman tədbiri olmadığını vurğulayan Keşaplı “Bu tədbir İtaliyanın dünyaya anladıldığı böyük bir qlobal hekayəsidir. Beynəlxalq mətbuat bu hekayənin ən güclü anladıcısıdır” deyə bildirib.

Milan-Kortina: İtaliyanın yeni hekayəsi

Milan-Kortinanın İtaliya üçün tarixi bir dönüş nöqtəsi olduğunu bildirən Keşaplı, ölkənin artıq təkcə futbol ilə deyil, həm də dağları, təbiəti, qış idman növləri, davamlılıq vizyonu və mədəni zənginliyi ilə ön plana çıxacağını söyləyib.

Beynəlxalq mətbuata kritik məsuliyyət

Çıxışında beynəlxalq mətbuatın rolunu özəlliklə vurğulayan Keşaplı xüsusilə Aralıq dənizi ölkələrindən olan jurnalistlərin Milan-Kortina prosesində İtaliyanı çoxölçülü və dərin bir perspektivdən təsvir etmək məsuliyyəti daşıdığını dilə gətirib. “Milan-Kortina yalnız izləniləcək bir hadisə deyil, həm də yaşanacaq bir təcrübə olacaq” deyən Keşaplı, idmanla yanaşı, turizm, ev sahibliyi, davamlılıq və yerli mədəniyyətin də dünya ictimaiyyətinə çatdırılacağını bildirib.

USSI 80 zirvəsi Viareggioda idmanın nəbzini tutdu

İki gün davam edən İtaliya İdman Zirvəsi – USSI 80 idman dünyasının öndə gələn simalarını, jurnalistləri, federasiya prezidentlərini və qurum nümayəndələrini Viareggioda bir araya gətirib. Zirvədə idman jurnalistikasının keçmişi, bu günü və gələcəyi panellərdə müzakirə edilib.

TRT Spor İtaliya müxbiri Dündar Keşaplıya verilən mükafat İtaliyada çalışan xarici mətbuatın idman sahəsindəki töhfələrinin beynəlxalq səviyyədə güclü biçimdə qiymətləndirildiyini də ortaya qoyub.

“Bu İtaliya anladılmağa dəyər”

Keşaplı çıxışını bu sözlərlə yekunlaşdırıb:

“Milan-Kortina idman, mədəniyyət və coğrafiyanı tək bir böyük hekayədə bir araya gətirən misilsiz vitrindir. Dünya bu İtaliyanı görəcək. Və bu, anladılmağa həqiqətən də dəyər bir İtaliyadır”.

USSI tədbiri: Viareggioda idman dünyasının ulduzları görüşdü

USSI-nin 80 illik yubileyini qeyd etmək üçün keçirilən zirvədə dünyaca məşhur Paralimpiya idmançısı Martina Kayroni, "Yuventus" və "Milan" formaları ilə tanınan keçmiş ulduz futbolçu Marko Borriello, 4x100 metr estafet yarışında Avropa rekordçusu milli sprinter Filippo Tortu və İtaliya futbolunun veteran simalarından biri, İtaliya Futbol Məşqçiləri Assosiasiyasının prezidenti Renzo Ulivieri də daxil olmaqla çoxsaylı görkəmli şəxslər iştirak ediblər.

Yüksək səviyyəli tədbirdə idmanın təməl dəyərləri, medianın rolu, italyan və beynəlxalq idmanın gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələr aparılıb. USSI zirvəsi qarşıdan gələn Milan-Kortina Qış Olimpiya və Paralimpiya Oyunlarından əvvəl idman və kommunikasiya arasında əməkdaşlığı gücləndirən önəmli bir platforma olaraq önə çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri