Sənan Hüseynov Türkiyədə nüfuzlu ədəbiyyat mükafatına layiq görülüb FOTO
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avqustun 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Kitab Klubunun sədri, Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sənan Hüseynov - ədəbi, bədii, ictimai və publisistik fəaliyyətlərinə görə Türkiyənin nüfuzlu ədəbiyyat qurumlarından biri olan Türk Ədəbiyyatı Vəqfinin “Ahmet Kabaklı – 100” yubiley medalına layiq görülüb.
Mia.az xəbər verir ki, təltifetmə mərasimi İstanbulda, Türk Ədəbiyyatı Vəqfinin rəsmi qərargahında baş tutub. Medal qurumun sədri Serhat Kabaklı tərəfindən təqdim olunub.
O, Sənan Hüseynovun elmi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Ahmet Kabaklı – 100” yubiley medalı, görkəmli türk ədəbiyyatşünası və publisisti Ahmet Kabaklının 100 illik yubileyi münasibətilə təsis olunub. Bu mükafat, ədəbi və mədəniyyət sahəsində mühüm töhfələr verən şəxslərə təqdim edilir.
Sənan Hüseynov mükafatı almağın Azərbaycan–Türkiyə ədəbi əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, bu etimadı gələcək fəaliyyətlər üçün stimul kimi dəyərləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















