Dünən gecə çox adamın yata bilməməsinin səbəbi açıqlandı
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Dünən gecə bir çox insan eyni problemdən narazılıq edib. Sosial şəbəkələrdə paylaşılan rəylər göstərir ki, kütləvi şəkildə yuxuya getməkdə çətinlik çəkənlərin sayı artıb. İnsanlar gecə boyunca tez-tez oyandıqlarını, səhər isə yorğun və baş ağrısı ilə qalxdıqlarını bildirirlər.
Demokrat.az-ın məlumatına görə mütəxəssislər bu qəfil yuxusuzluğun səbəbini kosmik hadisələrlə əlaqələndirirlər. Yer kürəsində qeydə alınan G3 səviyyəli geomaqnit qasırğası bioloji ritmlərə təsir edib. Günəşdən gələn yüklü hissəciklərin planetin maqnit sahəsi ilə toqquşması nəticəsində yaranan bu dalğalanmalar, xüsusilə həssas insanlarda yuxu rejiminə birbaşa müdaxilə edir.
Orta şiddətli hesab edilən bu qasırğa təkcə texnoloji sistemlərdə deyil, insan sağlamlığında da iz qoyur. Yuxu keyfiyyətinin düşməsi gün ərzində iş qabiliyyətinin azalmasına və ümumi halsızlığa səbəb olur. Həkimlər bu cür dövrlərdə sakit mühit yaratmağı və elektron cihazlardan uzaq durmağı tövsiyə edirlər. Prosesin müvəqqəti olduğu və qasırğanın təsiri azaldıqca yuxu rejiminin normallaşacağı gözlənilir.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Dünən gecə çox yaxşı xəbər gəldi”
06 May 2025 22:57
Dünən gecə gələn dron səsinin səbəbi bilindi
16 Mart 2026 09:20
Ratifikasiya dayandırıldı, dünən gecə Tramp çox şey itirdi Veber
19 Yanvar 2026 01:59
Orbandan Putinə müjdə: Dünən gecə...
18 Dekabr 2025 13:57
Dünən bank kartlarından oğurlanan vəsait açıqlandı
27 May 2025 10:05
Baxış sayı:124
Bu xəbər 23 Mart 2026 21:26 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları