Icma.az
close
up
RU
Dünənimizi və bu günümüzü gələcəyə çatdıran mənəvi xəzinəmiz

Dünənimizi və bu günümüzü gələcəyə çatdıran mənəvi xəzinəmiz

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmış, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir.

Mayın 18-i Beynəlxalq Muzeylər Günü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filial ənənəvi olaraq “Açıq qapı” günü təşkil etmişdir.

“Açıq qapı” günündə şəhid ailələri, rayon sakinləri, rayonun idarə və müəssisələrindən, mədəni-maarif təşkilatlarından çox sayda ziyarətçilər muzeyin qonağı oldular və zəngin ekspozisiya ilə ödənişsiz tanış oldular. 

Ziyarətçilərə milli-mənəvi dəyərlərimiz, folklorumuz,  dil tariximiz, musiqimiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı Ulu öndərin gördüyü işlər, proqram xarakterli çıxışları  barədə muzey əməkdaşları və monitor vasitəsiilə geniş məlumat verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  dövlətimizin humanitar siyasəti, milli-mənəvi sərvətlərinin qorunması, təbliğ olunması üçün gördüyü işlər, verdiyi sərəncamları dövlət, türk və islam xalqları səviyyəsində milli mədəniyyətimizlə bağlı tədbirlərə önəm verməsi vurğulandı. Azərbaycan  xalqının yaratdığı və qoruyub saxladığı böyük mənəvi dəyərləri, tarixi abidələri, zəngin mədəniyyəti ilə də dünyanın marağına səbəb olması barədə göstərilən video çarx izləyicilərin diqqətini cəlb etdi.

Qonaqlar Beynəlxalq Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını təbrik edərək ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildirdilər.

Muzeyin əməkdaları gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, eləcə də klassik ədəbiyyatımız barədə ətraflı məlumat vermiş, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış etmişlər.   

Ziyarətçiləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər, rəy və təkliflər kitabına ürək sözlərini yazdılar.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri