Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Qala dünənimizi yaşadan daş salnamə

Qala dünənimizi yaşadan daş salnamə

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qoruq qəsəbə orta əsr şəhərsalma tariximizin canlı bələdçisidir

Bakının Xəzər rayonunda yerləşən Qala qəsəbəsi təkcə coğrafi mövqeyi ilə deyil, həm də zəngin tarixi, mədəni irsi və bənzərsiz ekoloji mühiti ilə seçilən nadir yaşayış məntəqələrindən biridir. Qədim qala divarları, daş memarlığı, insanlarının həyat tərzi bu ərazini tədqiqatçılar, turistlər, yerli sakinlər üçün unikal və cazibədar edir.

Qala qəsəbəsinin adı ilk dəfə yazılı mənbələrdə orta əsrlərə aid edilir. Lakin arxeoloji qazıntılar bu ərazidə insan məskənlərinin tarixinin daha qədim dövrlərə–hətta eramızdan əvvəl III minilliyə qədər getdiyini göstərir. Qəsəbənin adı onun ərazisindəki müdafiə qalalarına istinadən yaranıb. Tarixçilərin fikrincə, Qala ərazisindəki daş qala və bürclər, həm müdafiə məqsədilə, həm də su yollarını nəzarətdə saxlamaq üçün tikilib. Qalanın özünəməxsus ruhu və əzəməti onu unikal edən əsas xüsusiyyətlərdəndir.

Həmsöhbətim tarix elmləri doktoru Vəfa Quliyeva bildirir ki, Qalada arxeolojı qazıntılar zamanı aşkarlanan ən qədim abidə eramızdan əvvəl III minilliyə aid olan qədim yaşayış yeridir. Qeyd etmək lazımdır ki, burada yerləşən abidələrin tarixi eramızdan əvvəl III minillikdən XX əsrə kimi geniş xronologiyanı əhatə edir. Qala qoruğu ərazisində aparılan arxeolojı tədqiqatlar və aşkar olunan maddi-mədəniyyət nümunələri Qalanın tarixini Tunc dövrünə aparır. Burada yerləşən Qalanın cənubunda arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri burada tunc dövründə qədim yaşayış məskəninin mövcud olduğu haqqında məlumat verir. Bu tapıntılar Abşeron kəndlərinin, o cümlədən Qalanın daha qədim yaşayış məskəni olduğu fikrini deməyə əsas verir. XIII-XIV əsr mədəni təbəqəsindən aşkarlanan şirli və şirsiz qabların qalıqları, Qalanın bu tarixi dönəmdə mədəni-iqtisadi çiçəklənmə dövrü yaşadığını sübuta yetirir. Tarixi, arxeoloji materiallar həm də qədim ticarət mərkəzlərindən biri olduğunu təsdiqləyir.

Abşeronun qoynunda, açıq səma altında bir muzey kimi fəaliyyət göstərən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu qədim və orta əsrlər dövrünə aid zəngin mədəni irsi yüzillikllərdir ki, qoruyub saxlayır. Qoruq 81,5 hektar ərazidə yerləşir. Burada 227 memarlıq və arxeolojı abidə var. Bunlardan 11-i ölkə əhəmiyyətli memarlıq abidəsi, 6-sı ölkə əhəmiyyətli arxeoloji, 210-u yerli əhəmiyyətli memarlıq abidəsidir. Qoruqda 5 məscid, 3 hamam, 4 ovdan, yeraltı kəhrizlər, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, zəngin abidələrə malik qəbiristanlıq, qəsrin qalıqları qorunub saxlanılmaqdadır. Bu abidələrin hər biri zəngin tarixi məlumat daşıyıcılarıdır və Qalanın tarixi, mədəniyyəti, həyat tərzi haqqında ətraflı məlumat verən dəyərli mədəni irsdir. Qalanın özəlliyi ondan ibarətdir ki, orta əsr şəhərsalma nümunəsi kimi bu günə qədər o xüsusiyyətlərini özündə qoruyub saxlayır.

V.Quliyeva qeyd edir ki, 2008-ci ildən açıq səma altında Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilən arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Ərazisi 1,2 hektar olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək və daha yaxşı anlamaq üçün əlverişli şərait var. Qədimdə bu kənddə bir sıra sənət sahələri inkişaf edib. Onlardan biri dulusçuluq olub. Azərbaycanda dulusçuluq ənənələrində iki növ dulusçu çarxı vardı–əl çarxı və ayaq çarxı. Dulusçunun əsas aləti daraq, dulusçu bıçağı, sim, bel və s. idi. Həmin emalatxananın biri məhz kompleksdə yaradılıb. Eləcə də ağacdan asılmış nehrə, nalbəndin “iş otağı”, qədim hanalar, xalça toxunuşu zamanı istifadə olunan alətlər–həvə, kirgit, qayçı, qarmaqlı bıçaq diqqət çəkir. Burada aşkarlanmış qədim evlərin hamısının yanında at-dəvə bağlamağa halqalı daş var. Eləcə də Şor gölün ətrafında tapılmış müxtəlif ölçülü dəyirman daşları da kompleksin dəyərli eksponatlarındandır.

Maraq doğuran qədim abidələrdən biri də qavaldaşıdır. Quru yüngül bir daşla qaya üzərinə toxunan kimi maraqlı səslər, qəribə bir zümzümə ətrafa yayılır. Maraqlıdır ki, Qobustan qayalıqlarında eradan əvvəlki dövrə təsadüf edilən qayaüstü təsvirlər, yeni daş Tunc dövrünə aid mağaralar Abşeronun şərqində Qala kəndi yaxınlığında Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji qazıntılar zamanı da üzə çıxıb. Ən qədim yaşayış formalarından biri də “samanlıq” lar idi. Onlardan 2500-3000 il bundan əvvəl qədim yaşayış məskəni kimi istifadə edilib. Abşeronda meşə olmadığından bu cür yaşayış məskənləri əhəng daşından tikilib. Sonradan cəmiyyət inkişaf etdikcə samanlıqlardan tövlə, bəzən də taxıl anbarı kimi istifadə olunmağa başlayıb.

Kompleksin darvazalarından tutmuş ən son nöqtəsinə, eləcə də hasarına qədər hər bir elementdə, eksponatda diqqətçəkən əşyalarda bir qədimlik əks olunur. Müxtəlif mis qablar, dəridən hazırlanmış məişət əşyaları, evlərin döşəməsi, pilləkənlərin forması, eyvanlar, faytonlar, küplər, saxsı qablar, keramik əşyalar, araba, araba təkərləri, su quyuları, bir sözlə, burada nə varsa, hamısı qədim dünyanın bəxşişləridir. Muzeyi gəzərkən diqqəti həm də qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar çəkir. Bundan əlavə, eramızdan əvvəl III minilliyin II yarısı – II minilliyin I yarısına qədərki dövrü əhatə edən qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, ibadət yerləri və bir sıra digər maddi-mədəniyyət nümunələrini görmək olar.

Müsahibim vurğulayır ki, Abşeron yarımadasında tapılmış, eramızdan əvvəl III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə çox rəngarəngdir. Yarımadanın şərq hissəsinə aid olan ibadət mərkəzlərindən biri olmuş Bəndüstü abidəsində müqəddəs nigah əfsanəsi, heyvanların qurban verilməsi təsvirləri vardır. Abşeron ərazisində eramızdan əvvəl III-II minilliyə aid bir sıra kurqanlar da vardır. Kompleksin ərazisində nümayiş olunan kurqanlardan biri “Dübəndi kurqanı” adlanır.

Qalanın su təchizatı sistemi də mükəmməl olub. Kənd əhalisinin su tələbatı ovdanlar, içməli su quyuları və kəhriz sistemi vasitəsilə ödənilirdi. Qala kəhriz sisteminə 17 içməli su quyusu daxil idi. Onlar biri-birindən 50 metrlik məsafədə qazılıb və su yeraltı saxsı borular vasitəsilə su anbarlarına toplanıb istifadə olunurmuş.

Qalada qədim nağıllar, dastanlar, bayatılar və mərasim folkloru nəsildən-nəslə ötürülür. Xüsusilə Novruz, toy və yas mərasimlərində yaşadılan adət-ənənələr öz orijinallığını qorumaqdadır.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri