Icma.az
close
up
RU
Dünənki etirazlardan sonra Microsoftun iki işçisi işdən çıxarıldı

Dünənki etirazlardan sonra Microsoftun iki işçisi işdən çıxarıldı

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin texnologiya nəhəngi "Microsoft" İsrail ordusunun Qəzzaya hücumlarında şirkətin texnologiyalarından və proqram təminatından istifadə edildiyi iddialarına etiraz edən iki əməkdaşının işdən çıxarıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı CNBC kanalı məlumat yayıb.

"Microsoft"un bəyanatında bildirilib: “Şirkət qaydalarının ciddi şəkildə pozulmasından sonra bu gün iki əməkdaşın əmək müqaviləsinə xitam verildi. Şirkətin baş qərargahında keçirilən etiraz aksiyası çərçivəsində "Microsoft"un İdarə Heyətinin sədr müavini və Şirkət prezidenti Bred Smitin ofisinə daxil olunması “qanunsuz” hesab olunur və bu davranış "Microsoft"un əməkdaşlarından gözlədiyi standartlarla uyğun gəlmir".

Etirazı təşkil edən “No Azure for Apartheid” adlı qrupun açıqlamasında da proqram mühəndisləri Riki Fameli və Anna Hattleın işdən çıxarıldığı təsdiqlənib.

"Microsoft"un hazırkı və keçmiş əməkdaşları, fəallar və yerli sakinlərdən ibarət bir qrup, İsrail ordusuna göstərildiyi iddia edilən texnoloji xidmətlərə qarşı çıxmaq məqsədilə dünən şirkətin Vaşinqton ştatındakı baş ofisinin qarşısında toplaşıb.

Aksiya iştirakçıları bildiriblər ki, məqsəd "Microsoft"un “fələstinlilərə qarşı soyqırımdakı rolu”nu ifşa etməkdir. Onlar şirkətdən İsraillə əməkdaşlığı dayandırmasını və fələstinlilərə təzminat ödəməsini tələb ediblər.

Polis etiraza müdaxilə edib və prezident Bred Smitin ofisində aksiya keçirən 7 nəfəri saxlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 28 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri