Dünənki məğlubiyyətdən sonra istefa verdi
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Villi Sanyol (Willy Sagnol) vəzifəsini tərk edib.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib.
Məlumata əsasən, yığmanın yeni baş məşqçisi vəzifəsinə Ramaz Svanadze təyin edilib. 45 yaşlı mütəxəssislə imzalanan müqavilə 2028-ci ilin sonunadək qüvvədə olacaq. O, bu vaxta qədər Gürcüstanın gənclərdən ibarət yığmasına (U21) başçılıq edib.
Qeyd edək ki, Villi Sanyolun istefası ötən gün Gürcüstan yığmasının Millətlər Liqasında ilk matçda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzması ilə əlaqələndirilir. Fransalı mütəxəssis 2021-ci ilin fevralından Gürcüstan yığmasının baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 57 oyun keçirib və 2024-cü ildə tarixdə ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Sentyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















