Icma.az
close
up
RU
Dünya 10 il ərzində bu böhranla başa çıxa BİLMƏYƏCƏK Xəbər saytı Son xəbərlər və Hadisələr

Dünya 10 il ərzində bu böhranla başa çıxa BİLMƏYƏCƏK Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Norveçin Beynəlxalq İnkişaf naziri Anne Tvinnereim dünyanın qarşıdakı on ildə plastik tullantı böhranını idarə edə bilməyəcəyini və buna görə də plastik istehsalının azaldılmasının zəruri olduğunu bildirib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, son araşdırmalar mikroplastiklərin insanın plasentasında, arteriyalarında və testislərində aşkar edildiyini göstərib. Bu, ürək tutmaları, insultlar və digər sağlamlıq problemləri ilə əlaqələndirilir. Araşdırma nəticələri plastiklərin insan sağlamlığına, biomüxtəlifliyə və iqlimə yaratdığı təhlükələri bir daha gündəmə gətirib.

Tvinnereim "Dünya hazırda liderliyə və yaxşı xəbərlərə hər zamankından daha çox ehtiyac duyur" deyərək ölkələri cəsarətli addımlar atmağa çağırıb.

İki il əvvəl 175 ölkə plastiklərin bütün həyat dövrünü əhatə edən hüquqi saziş üzrə danışıqlara başlamağı qəbul edib. Lakin plastik sənayesinin 712 milyard dollarlıq dəyərinin azalmasının zəruriliyi ilə bağlı fikir ayrılıqları irəliləyişə mane olur.

"İstehsalı azaltmadan uğur mümkün deyil"

Mütəxəssislər 2060-cı ilə qədər plastik istifadəsinin üç dəfə artacağını, plastik tullantıların isə yarısının poliqonlara göndəriləcəyini proqnozlaşdırır.

Qlobal səviyyədə bəzi birdəfəlik plastiklərin mərhələli şəkildə qadağan edilməsi və plastiklərdə, xüsusilə qida qablaşdırmalarında, uşaq oyuncaqlarında olan zərərli kimyəvi maddələrin istifadəsinə son verilməsi məsələsində fikir birliyi yarana bilər. Lakin Səudiyyə Ərəbistanı, Rusiya və İran kimi fosil yanacaq istehsalçısı ölkələr istehsal məhdudiyyətlərini rədd edərək tullantıların idarə olunmasına diqqət yetirilməsini müdafiə edir.

ABŞ plastik istehsalında lider ölkələrdən biri olaraq istehsal məhdudiyyətlərini dəstəkləyə biləcəyini açıqlayıb. Lakin Donald Trampın 2025-ci ildə yenidən prezident olma ehtimalı bu siyasətlərin həyata keçirilməsi ilə bağlı suallar doğurur.

Ekspertlər, "Çin hərəkətə keçərsə, effektiv razılaşma əldə etmək şansımız artar. Əks halda bu proses olduqca çətin olacaq," deyə qeyd ediblər.

Plastik çirklənməsi ilə mübarizə üçün kritik əhəmiyyət kəsb edən BMT danışıqları 1 dekabrda başa çatacaq. Ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, Tvinnereim "Ümidliyəm və irəliləyiş əldə edəcəyimizə inanıram," deyərək prosesin müvəffəqiyyətlə nəticələnəcəyinə optimist yanaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri