El Klassikoda zədələnən futbolçusu 5 həftə oynaya bilməyəcək Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
"Barselona"nın mərkəz müdafiəçisi İniqo Martines İspaniya Superkubokunun finalında "Real"la oyunda (5:2) zədələnib. Bu barədə jurnalist Xavi Migel X sosial şəbəkəsində məlumat verib.
BAKU.WS xəbər verir ki, futbolçu qarşıdakı 5 həftə ərzində katalonların oyunlarında iştirak edə bilməyəcək.
Belə ki, Hans-Diter Flikin komandasının əsas müdafiəçisi Çempionlar Liqasının ümumi mərhələsinin qalan iki oyununda meydana çıxmayacaq.
Xatırladaq ki, İniqo Martines "Real"la oyunun 28-ci dəqiqəsində zədələnib və onu uruqvaylı Ronald Arauxo əvəzləyib.
İspaniyalı müdafiəçi bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 27 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, 33 yaşlı futbolçunun bazar dəyəri 5 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Yanvar 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















