Icma.az
close
up
RU
Dünya artıq siyasi davranış qaydalarını dəyişib

Dünya artıq siyasi davranış qaydalarını dəyişib

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Bu gün artıq zərərli və gələcəyi görə bilməyən, heç bir tarixi kökü olmayan, lokal yaradılan siyasi maraqlara xidmət edən ideoloji xəttlərin daşıyıcılarına qarşı ciddi bir cəza tədbiri görülüb və onların daşıyıcılarının aparıcı qüvvələrinə darmadağın edilmə qərarı verilib.
Lakin əsrlər boyu yaşayan, indiki nəslə qədər gəlib çatan, mənəvi cəhətdən yüksək mahiyyətə malik olan, fəlsəfi vacibliyi olan, ideoloji xətlər özlərini qorumalı və bu burulğanda kənarda qalmağı bacarmalıdırlar.
Çünki bu ideoloji duyğuların fitvası verilib və razılaşdırılıb. Belə bir dövrdə çox ciddi düşünülmüş, müdrik qərarlar qəbul edən siyasi liderə ehtiyac yaranır. Müharibələr və münaqişələr bəhanədir – bunların arxasında gələcək planlarını həyata keçirmək istəyən qüvvələrin siyasi və iqtisadi məqsədləri dayanır.
Bu gün dövlətlər soyqırımlar törədərək, insanları, uşaqları qətlə yetirərək, yaratdıqları demokratik azadlıq və insan haqları dəyərlərini ayaqlar altına atır və dəhşətli məqsədlər uğrunda hər şeyi qurban verirlərsə, bizim ölkəmiz və dövlətimiz naminə birliyimiz sarsılmaz olmalıdır. Lakin bu gün primitiv düşüncə sahibləri, təəssüf ki, öz əməllərindən əl çəkməyərək yalnız şəxsi ambisiyaları uğrunda mübarizə aparırlar.
Lakin bizim amalımız və məqsədimiz Azərbaycanı qorumaq, hər cür çirkin oyunlardan uzaq tutaraq inkişaf etdirmək olmalıdır. Buna görə də xalq bu gün analitik, sintetik, stratejik, kritik və gündəlik düşüncə arxasındadır.
Bu gün Azərbaycana rəhbərlik edən ölkə prezidenti İlham Əliyevdir. Heç vaxt gözləmədiyiniz və təsəvvür etmədiyiniz Qarabağı azad edən də İlham Əliyev oldu. Əslində siz Qarabağın azad olunmasını istəmirdiniz, çünki o kartla hakimiyyəti gözdən salmaq üçün dəridən qabıqda çıxırdınız.
Amma nəticə tamamilə fərqli oldu – bizim torpaqlarımız qan içən terrorçulardan və bu xalqa əsrlər boyu düşmənçilik edən vandal ideologiya daşıyıcılarından xilas oldu. Bu xalq və bu dövlət üçün necə bir nemət olduğunu, nə demək olduğunu siz anlaya bilmədiniz. Bunun üçün sadəcə obyektivlik, dürüstlük və vicdan lazımdır. Amma sizin vicdan damarlarınızı çoxdan kəsiblər.
Vaxtilə bizim milləti və dövlətimizi təhqir edənlər indi Azərbaycan qanunları qarşısında, Azərbaycan dövləti və məhkəmə orqanlarında məsuliyyətə cəlb olunurlar. Bu cinayətkarlar cəzalandırılır. Onları diz çökdürən isə İlham Əliyev və onun komandasıdır.
Biz qisas haqqında düşünəndə, başımıza gətirilən oyunların əvəzini almaq haqda fikirləşəndə, İlham Əliyev bu planı strateji yanaşma ilə qurub həyata keçirdi. Zaman göstərdi ki, o, dövlətimizin şərəfli tarixinə imza atdı.
Bu şərəfli tarixi qərinələr boyu yaşatmalıyıq. Bu tarix qeyrət, şərəf və ləyaqət akademiyasıdır. Bu akademiyanı yaradan, onun təməlini qoyan Azərbaycan xalqı, ordusu və İlham Əliyev oldu. Bu akademiya gələcək nəsillər üçün böyük ümidlər vəd edir, çünki o, bizim milli ideologiyamız və milli qürurumuzdur.
Bu ideologiyanı qorumaq hər bir ləyaqətli və vicdanlı vətəndaşın borcudur. Hər hansı bir hadisəni dərindən anlamaq üçün onun mahiyyətinə, dərinliklərinə nüfuz etmək lazımdır. Əgər bu akademiyada ixrac olunan fikirləri, yayımlanan kitabları oxuya və dərk edə bilmirsinizsə, xarakteriniz, xislətiniz, cığallığınız buna imkan vermirsə, biz buna nə edə bilərik? Bəs siz bu millət üçün nə etmisiniz? Ölkənin siyasi qərarlarına zərbə vurmaqdan, milli-mənəvi dəyərləri məhv etmək üçün aldığınız siyasi sifarişləri yerinə yetirməkdən başqa əlinizdən nə gəlir? Elə bir bataqlığa bulaşmısınız ki, heç bir kimyəvi təmizləyici o ləkəni sizdən silə bilməz.
Dəyərli soydaşlar, dövlətçilik ənənələrimizə sadiqlik, milli dəyərlərimizə hörmət və dövlət mənafelərini qorumaq milli ideologiyamızın ana xəttidir.
Dünya artıq siyasi davranış qaydalarını tamamilə dəyişib. Bu yeni qaydalara paralel aparılan siyasət nəticəsində qazandığımız uğurların keşiyində hər birimiz bir əsgər kimi dayanmalıyıq.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Mart 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri