Icma.az
close
up
RU
“Sosial platformalar diplomatik ünsiyyətin qaydalarını dəyişib”

“Sosial platformalar diplomatik ünsiyyətin qaydalarını dəyişib”

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Politoloq Yeganə Hacıyeva "Hədəf” verilişinin bu günkü buraxılışında çıxış edərək ən yeni dövrdə diplomatik ünsiyyətin dəyişməsi, ABŞ-Azərbaycan münasibətləri və qlobal siyasətdə lobbi qruplarının rolu haqqında fikirlərini bölüşüb.

AZXEBER.COM xəbər verir ki, Yeganə Hacıyeva bildirib ki, bu gün sosial platformalar və internet resursları, diplomatik münasibətlərin qurulmasında ciddi dəyişikliklərə səbəb olub:

"Əvvəllər hər hansı bir diplomatik münasibət qurmaq üçün mürəkkəb prosedurlar lazım idi. Rəsmi məktub yazılır, sənədlər rəsmiləşdirilir, göndərilir və müəyyən bürokratik mərhələlərdən keçərək cavab alınırdı. İndi isə dövlət başçıları birbaşa sosial şəbəkələr üzərindən qarşılıqlı mesaj verə bilir, bu isə yeni dövrün reallığıdır.”

O qeyd edib ki, tarix boyu ölkə rəhbərlərinin ətrafında fəaliyyət göstərən lobbi qrupları, qeyri-rəsmi nümayəndələr və şəbəkələr bu münasibətlərin yönünü dəyişmək gücündə olub. Ən yeni dövrdə isə bu təsirin daha şəffaf və real zamanlı formada müşahidə olunduğunu vurğulayıb.

Yeganə Hacıyeva Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumundakı çıxışına və Donald Trump-un buna sosial media vasitəsilə cavab verməsinə xüsusi diqqət çəkib:

"Prezident İlham Əliyev Donald Trump-u vətənpərvər amerikalı, ailə dəyərlərinə sadiq lider kimi dəyərləndirdi və onun siyasətini dəstəklədiyini bildirdi. Trump da öz növbəsində sosial media üzərindən təşəkkür etdi. Bu hadisə, klassik diplomatik ünsiyyətin dəyişməsinin bariz nümunəsidir.”

Politoloq həmçinin Prezidentin çıxışında qeyd etdiyi "Vaşinqton bataqlığı” ifadəsi üzərində dayanaraq bunun həm ABŞ daxilində, həm də qlobal miqyasda yaratdığı təsirləri təhlil edib:

"Vaşinqton bataqlığı – bu, ABŞ siyasətində müəyyən lobbi və maraq qruplarının dövlət mexanizmlərinə təsiri və bu təsirin müxtəlif ölkələrə qarşı manipulyativ istifadəsi deməkdir. Bu bataqlıqdan ən çox faydalanan ölkələrdən biri də Ermənistandır. ABŞ Konqresindəki erməni lobbilərinin təsiri nəticəsində, 1992-ci ildə Azərbaycana qarşı qəbul edilən 907-ci düzəliş bunun bariz nümunəsidir.”

Yeganə Hacıyeva bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi dövrdə də bəzi beynəlxalq strukturlar bu lobbi qruplarının təsiri ilə ölkəmizə qarşı qərəzli hesabatlar yayırdı:

"2000-ci illərin əvvəlində Azərbaycanda media azadlığı ilə bağlı ciddi islahatlar həyata keçirildi, amma buna baxmayaraq, bəzi beynəlxalq qurumlar tərəfindən Azərbaycana qarşı qeyri-obyektiv yanaşmalar ortaya qoyulurdu. Bu, əslində həmin lobbilərin fəaliyyətinin nəticəsi idi.”

Politoloq əlavə edib ki, ABŞ-da bəzi senatorlar və konqresmenlər lobbilərin ruporu kimi çıxış edir, onların bu fəaliyyətinin isə maddi maraqlarla motivasiya olunduğunu bildirib:

"ABŞ Senatında erməni lobbisinin əsas təmsilçilərindən biri olan Robert Menendez kimi şəxslər heç də etnik sevgidən yox, maliyyə maraqlarından çıxış edərək Azərbaycana və Türkiyəyə qarşı fəaliyyət göstərirlər. Bu, ABŞ Konqresi ətrafında formalaşmış bataqlığın təzahürüdür.”

Sonda o qeyd edib ki, bu kimi fəaliyyətlər yalnız ABŞ-ın tərəfdaş olduğu ölkələrə yox, bütövlükdə Amerikanın öz maraqlarına da zərbə vurur:

"Məsələn, Mərkəzi Asiyada 2 trilyon dollarlıq investisiya yatırıldıqdan sonra bir gecədə, Biden administrasiyasının məsuliyyətsiz qərarı ilə həmin ərazilərdən çıxılması ABŞ üçün böyük itki oldu. Bu, Vaşinqton bataqlığının özünə necə zərər vurduğunun göstəricisidir.”

Yeganə Hacıyeva sonda əlavə edib ki, Vaşinqton bataqlığının qurudulması yalnız ABŞ üçün deyil, Cənubi Qafqaz və ümumilikdə qlobal sabitlik üçün də müsbət nəticələr verə bilər.

Oksana Orucova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri