Icma.az
close
up
RU
Dünya AŞPA zalından ibarət deyil...

Dünya AŞPA zalından ibarət deyil...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu qurumun prezidenti ölkəmizə niyə böhtan və qərəz nümayiş etdirir?

Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır. Dövlətimiz xarici siyasət kursunda  beynəlxalq təşkilatlarda təmsilçiliyə və fəal əməkdaşlığa da böyük önəm verir. Bunun nəticəsidir ki, hazırda respublikamız həm geniş İslam dünyasında, həm də Avropa məkanında müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.

Ölkəmiz hər zaman dünyanın nüfuzlu təşkilatları ilə sıx əlaqələr qurmağa çalışıb. Bu baxımdan, Avropa Şurası da istisna olmayıb. 2001-ci ildə bu təşkilata tamhüquqlu üzv olduqdan sonra Azərbaycan Avropa Şurası ilə səmərəli əməkdaşlığa üstünlük verib. Nümayəndə heyətimizin fəaliyyətində ən əsas məsələ bu beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması olub. Lakin hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı hücuma keçiblər. Bu “hücumlar” beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Hadisələr göstərir ki, Avropa Şurası Parlament Assambleyası da özünün “erməni sevgisi” naminə Avropa dəyərlərini tapdalayır. Ötən ilin yanvarında Azərbaycanın nümayəndə heyətinin mandatı ilə bağlı qəbul olunan qərar da buna misaldır.

AŞPA-da acınacaqlı vəziyyət hökm sürür

Lakin Azərbaycan güclü dövlətdir və onunla heç bir qüvvə diqtə ilə danışa bilməz. AŞPA-nın ədalətsiz qərarına cavab olaraq ölkəmizin nümayəndə heyəti də qurumdakı fəaliyyətini dayandırdı. Görünən odur ki, təşkilat ölkəmizə qarşı qərəzini hələ də davam etdirməkdə qərarlıdır.  Belə ki, bugünlərdə AŞPA prezidenti Teodoros Rusopulosun “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə irqi ayrı-seçkilik, ölkə hakimiyyəti ilə bağlı böhtan və qərəzlə dolu fikirləri də bunun göstəricisidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Teodoros Rusopulosun Azərbaycanın əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edərək pisləyib. Məsələ ilə bağlı nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, dialoqa açıqlığımızı nümayiş etdirməyimizə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. Onun sözlərinə görə, AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə xalqımızın haqlı nifrətini qazanıb: “Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət Avropa Parlamentində də mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqeyimizə gəldikdə, Azərbaycanın məhkəmənin hakimlərinin seçimlərində iştirak etmədiyi nəzərə alınmaqla, onların qəbul etdiyi qərarların Azərbaycan tərəfindən icra olunmasını tələb etmək absurddur. Bu şəraitdə məhkəmənin qərarlarının yerinə yetirilməsi mümkün deyil”.

Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvü kimi Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. “Rusopulos Azərbaycana soxularsa, rədd ediləcək”,-deyə XİN rəsmini xəbərdarlıq edib.

İcma: Rusopulos kimi irqçilərin AŞPA-da təmsil olunmaları insan hüquqları anlayışına təhqirdir

Qərbi Azərbaycan İcması da AŞPA prezidenti Teodoros Rusopulosun Azərbaycan barədə ifadə etdiyi irqi ayrı-seçkilik, böhtan və qərəzlə dolu fikirlərini sərt şəkildə qınayıb. İcma hesab edir ki, T.Rusopulosun  məsuliyyətsiz danışığı bir daha AŞPA-nın mənəvi iflasını göstərir. Bildirilib ki, AŞPA regionda ən böyük insan hüquqları pozuntusu olan, bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına biganə qalıb. Qurum özünün anti-Azərbaycan mahiyyətini və xalqımıza qarşı irqçi yanaşmasını Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra açıq şəkildə ortaya qoyub.

İcma bəyan edib ki, Azərbaycanın otuz illik işğala son qoymasına və beləliklə 700 mindən artıq azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtması imkanı əldə etməsinə “kədərlənən”, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququna faktiki olaraq qarşı çıxan Rusopulos kimi irqçilərin AŞPA-da təmsil olunmaları insan hüquqları anlayışına təhqirdir: “Hazırda mövcud olan gərgin qlobal geosiyasi vəziyyətdə T.Rusopulos və onun düşüncəsində olanlara elə gəlir ki, dünya yalnız AŞPA-nın zalından ibarətdir, məsuliyyətsiz, boğazdan yuxarı danışır və “müstəsnalıqları”na inanırlar”.

Qərbi Azərbaycan İcması Avropa ictimaiyyətinə və sağlam düşüncəli siyasi qüvvələrə müraciət edərək, onları Avropa qitəsində qarşıdurma, irqçilik yayan və kimə xidmət etdikləri bəlli olmayan bu ünsürlərə qarşı mübarizə aparmağa çağırıb.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri