Icma.az
close
up
RU
AŞPA Gürcüstan məsələsinə qayıdır

AŞPA Gürcüstan məsələsinə qayıdır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 10-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Gürcüstandakı vəziyyətlə bağlı debat keçiriləcək. Müzakirələr zamanı qurum tərəfindən Gürcüstan nümayəndə heyətinin mandatının ratifikasiyasına dair qətnamə ilə bağlı gələcək tədbirlər müzakirə olunacaq. Yeni qətnamənin qəbul ediləcəyi gözlənilir. Baş nazir İrakli Kobaxidze AŞPA-da Gürcüstanla bağlı müzakirələrin aparılmasına münasibət bildirib. O, AŞPA-nın qərarının Gürcüstan hakimiyyəti üçün maraqlı olmadığını qeyd edib: “Təşkilatın çıxaracağı qətnamə bizim üçün maraqlı deyil. İndi onların qərar vermək üçün praktiki olaraq heç bir şeyləri yoxdur. Bizim bu qurumda fəaliyyətimiz dayandırılıb”.

Bununla bağlı Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili isə bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvilini müdafiə edən siyasi qruplar uzun müddətdir ki, AŞPA-dan gürcü xalqına qarşı silah kimi istifadə edirlər. Gürcüstanın qanunverici orqanının rəhbəri xatırladıb ki, hələ 2022-ci ildə həmin qrupların iştirakı ilə bu qurum korrupsiyalaşmış biznes və işgəncə sisteminin yaradıcısı olan Saakaşvilini siyasi məhbus elan edərək onun azadlığa buraxılmasını tələb edib: “Bundan sonra, təbii ki, heç bir qərar və ya qətnamə təəccüb doğurmayacaq”.

Papuaşvili onu da xatırladıb ki, bu ilin yanvarında gürcü xalqının suverenliyini pozan qətnamənin qəbulundan sonra Gürcüstan nümayəndə heyətinin bütün üzvləri AŞPA-nı tərk ediblər: “Bu günə qədər Gürcüstan parlamentinin təşkilatda öz nümayəndə heyəti yoxdur. Ona görə də, təbii ki, nümayəndə heyətinin səlahiyyətlərinin tanınması məsələsi də müzakirə edilə bilməz”.

Parlamentin spikeri fevralın 5-də AŞPA prezidenti Teodoros Rusopulosa məktubda xatırladıb ki, qurum 2025-ci il yanvarın 29-dakı qətnaməsində Gürcüstan nümayəndə heyətinin etimadnamələrinin tanınması üçün şərtlər qoyub. Bununla da gürcü xalqının öz hakimiyyətini seçməklə bağlı suveren hüququnu pozub: “Çünki AŞPA, nümayəndə heyətinin tanınması üçün ilkin şərt kimi Gürcüstanda təkrar seçkilərin keçirilməsini göstərib.

Habuki oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı iddialar əsassızdır. Seçkilərin saxtalaşdırıldığına dair açıqlamalar heç bir sübuta əsaslanmır və qəsdən siyasi məqsədlə təhrif edilir. Seçki nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil”.

Gürcüstan Mərkəzi Seçki Komissiyasından da bildirilib ki, seçkilər qanun çərçivəsində yüksək peşəkarlıqla keçirilib və bu, beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in hesabatlarında təsdiqlənib. Bundan əlavə, seçki prosesi ilə bağlı səsləndirilən narazılıqların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib, lakin indiyədək konkret sübutlar təqdim olunmayıb.

Məktubda daha sonra deyilir: “AŞPA-nın gürcü xalqının seçimini tanımaqdan imtina etmək cəhdi təkcə Gürcüstanın suverenliyinə və Avropa Şurasının özünün fundamental dəyər və prinsiplərinə zidd deyil, həm də siyasi motivli qərarın mövcud reallığa məhəl qoymaması və bununla da siyasi qütbləşməni daha da gücləndirə biləcəyinə dair presedent rolunu oynayır. Bu cür hərəkətlər qərəzli siyasi qruplara qisas imkanı verir ki, bu da xalqın suverenliyi kimi demokratiyanın əsaslarına və Avropa Şurasının insan hüquq və azadlıqlarının müdafiəsi kimi prinsiplərinə ziddir. Söz yox ki, bu cür qərarlar, ilk növbədə, inklüzivlik prinsipini pozur və AŞPA-nın özünə ziyan vurur.

...Bunlara baxmayaraq, Gürcüstan Avropa Şurasının xalqın seçiminə hörmət, çoxluğun hakimiyyəti, azlıqların hüquqlarının müdafiəsi və qanunun aliliyi kimi fundamental dəyər və prinsiplərinə sadiq qalır”.

Xatırladaq ki, bu il yanvarın 29-da AŞPA Gürcüstanda yeni seçkilərin keçirilməsini tələb edən qətnamə qəbul edib. Həmçinin demokratik mühitdə yeni parlament seçkilərinin keçirilməsi üçün lazımi şəraiti yaratmağa çağırıb. AŞPA-nın qətnaməsindən sonra Gürcüstan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırıb. Yenidən Gürcüstanla bağlı müzakirələrin aparılması isə bu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilir.

Bu arada Qərb ölkələrini və fondlarını “inqilabi əhval-ruhiyyəni” maliyyələşdirməkdə ittiham edən Gürcüstan hakimiyyəti yerli təşkilatlara verilən qrantlara nəzarəti gücləndirir. Bununla bağlı parlamentə “Qrantlar haqqında” Qanuna dəyişikliklər təqdim olunub. Dəyişikliyə əsasən, xarici qrantın alınması üçün hökumətin və ya hökumət tərəfindən müəyyən edilmiş səlahiyyətli şəxsin razılığı tələb olunacaq. Müraciətdən sonra 10 gün ərzində qərar veriləcək.

Onu da qeyd edək ki, bundan sonra seçkidə iştirak edən siyasi partiyalar və şəxslər xarici təşkilatların dəstəyi ilə mühazirələr, seminarlar və digər bu kimi ictimai tədbirlər təşkil edə bilməyəcəklər. Eyni zamanda, xarici təşkilatların özlərinə də gürcü partiyaları üçün mühazirələr, seminarlar və digər ictimai tədbirlər təşkil etmək qadağan olunacaq.

Xatırladaq ki, bundan əvvəl, Qərb fondları qeyri-hökumət təşkilatları vasitəsilə seçkilərə müdaxilədə ittiham edilmişdi. Gürcüstanda aktiv fəaliyyət göstərən 30 min qeyri-hökumət təşkilatının (QHT) 90 faizi xaricdən maliyyələşirdi. Ölkənin 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir. Yəni hər 148 Gürcüstan vətəndaşına, demək olar ki, bir QHT düşür. Onlar uzun illərdir Qərbin ruporu rolunu oynayırlar. Son hadisələr göstərir ki, müxalifət partiyaları və QHT-lər Qərbdən aldıqları plan və tapşırıqlara uyğun davranırlar. Artıq onlar xaricdən icazəsiz qrant ala bilməyəcəklər.

Qadağan olunmuş qrantların verilməsi və qəbul edilməsinə nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək.

Qanun layihəsinə dəyişikliklərdə istisnaları da var – xüsusilə, hökumətin icazəsinin məcburi olduğu qayda beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlara, Gürcüstan hüdudlarından kənarda orta və ali təhsil almaq və elmi fəaliyyət üçün verilən fərdi təqaüdlərə, eləcə də Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilat tərəfindən verilən qrantlara şamil olunmur. Bildirilib ki, layihəyə sürətləndirilmiş qaydada baxılacaq və qəbul ediləcək.

Yada salaq ki, Gürcüstan Zaqafqaziyada AŞPA-da fəaliyyətini dayandıran yeganə dövlət deyil. Azərbaycan da bu qurumun ikili standartları ilə qarşılaşıb. Ölkəmizin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. Azərbaycanın quruma üzv olduğu 23 ildə keçilən yolun təhlili onu göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Ölkəmizin müstəqil siyasəti, davamlı uğurları, hazırkı dövrdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi bəzi dairələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılanıb.

İstər Azərbaycanla, istərsə də Gürcüstanla bağlı yaranan vəziyyət ASPA-ya fayda gətirməyəcək. Ölkələrimizin bu gün beynəlxalq münasibətlər sistemində söz sahibliyi, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti hər bir məsələdə öz sözünü deyəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri