Icma.az
close
up
RU
Dünya Ayıqlıq və Alkoqolizmə qarşı Mübarizə Günü kimə həsr olunub?

Dünya Ayıqlıq və Alkoqolizmə qarşı Mübarizə Günü kimə həsr olunub?

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər il dünyada 3 milyondan çox insan alkoqolla bağlı səbəblərdən həyatını itirir. Bu, bütün qlobal ölümlərin təxminən 5%-ni təşkil edir. Alkoqol təkcə qaraciyər sirrozu və xərçəng kimi ölümcül xəstəliklərə səbəb olmur, eyni zamanda intihar, zorakılıq, yol qəzaları və ailədaxili faciələrin əsas səbəblərindən biridir.

Azərbaycanda 21 777 nəfər alkoqolizm və alkol psixozu xəstəsi kimi tibb müəssisələrində qeydiyyatdadır. Bu da əhalinin hər 100 000 nəfərinə 227,2 xəstə edir. Spirtli içkilər təkcə fərdin sağlamlığını deyil, cəmiyyətin mənəvi, iqtisadi və psixoloji rifahını da sarsıdır. Bu səbəbdən 3 oktyabr günü – Dünya Ayıqlıq və Alkoqolizmə qarşı Mübarizə Günü – insanları sağlam, ayıq və şüurlu həyat tərzinə səsləyən mühüm bir çağırış günüdür.

Həmin gün dünya ictimaiyyətini spirtli içkilər içməyə qarşı mübarizə aparmağa və ildə heç olmazsa bir gün, amma hamılıqla böyük fəsadlar törədən bu içkilərdən imtina etməyə çağırır.

Bu gün sıradan bir tarix deyil. O, bəşəriyyətin alkoqolizmlə mübarizəsində iz qoymuş, təmiz həyat tərzinin simvoluna çevrilmiş amerikalı ictimai xadim — Con Berd Finçin xatirəsinə həsr olunub.

Dünya ayıqlıq hərəkatının görkəmli nümayəndəsi Con B. Finç (John B. Finch) 17 mart 1852-ci ildə ABŞ-ın Nyu-York ştatının Linklen şəhərində anadan olmuşdur. Onun ailəsi kasıb, lakin dindar və zəhmətkeş bir fermer ailəsi idi. Con uşaqlıqda çox zəif və xəstə bir uşaq olmuş, 10 yaşına qədər məktəbə belə gedə bilməmişdi.

Bir gün anası ilə birlikdə qonşu şəhərə səfəri zamanı içkili insanlarla rastlaşırlar. Anası ona deyir: “Mənə söz ver ki, heç vaxt insanı sərxoş edən içkiləri içməyəcəksən.” Con cavab verir: “Heç vaxt bir damla da içməyəcəyəm, böyüyəndə isə bu içkilərin satıldığı yerləri bağlayacağam.” Bu vəd onun həyat yolunu müəyyənləşdirdi.

Ayıqlıq uğrunda İlk addımlar

Finç artıq 15 yaşında öz şəhərində ayıqlıq hərəkatının yerli şöbəsinin – İOĞT (Yaxşı Templerlərin Müstəqil Ordeni) təşkilatının yaradılmasında iştirak edirdi. 19 yaşında Retta Koy (Retta Coy) adlı xanımla evləndi və 2 fevral 1872-ci ildə hər ikisi İOĞT-a rəsmi üzv oldular.

20 yaşında hüquq təhsili almağa başlayan Con Finç, kəndlərdə müəllimlik edir və kəndlilərə məhsul və kənd təsərrüfatı alətləri sataraq həyatını qazanırdı.

Təşkilati fəaliyyəti və şəxsi faciələr

1874-cü ildən başlayaraq Con Finç ayıqlıq ideyalarının təbliğatına başladı. O, kiçik şəhər və kəndlərdə alkoqolizmlə mübarizə və içki satışının qadağan olunması haqqında mühazirələr oxuyurdu.

Lakin həyatında böyük bir faciə baş verdi. 1875-ci il, 22 fevralda, həyat yoldaşı Retta qəfil vəfat etdi. Bu hadisə Finçi dərin sarsıntıya saldı. Buna baxmayaraq, o, mübarizəsini davam etdirdi.

1876-cı ildə o, Nyu-York ştatının İOĞT təşkilatının idarə heyətinə seçildi və təkcə bir il ərzində 29 ayıqlıq təşkilatı yaratdı.

Eyni ildə Frensis Mançester (Frances E. Manchester) ilə ailə həyatı qurdu. Frensis sonralar onun mübarizəsində ən yaxın dəstəkçisi oldu.

Milli və beynəlxalq uğurları

1877-ci ildən etibarən Con Finç ABŞ-da və beynəlxalq səviyyədə ayıqlıq hərəkatının aparıcı simasına çevrildi. O, İOĞT dünya konqreslərində fəal iştirak etdi, 14 minə yaxın insanın ayıqlıq andı verməsinə nail oldu.

1879-cu ildə Nebraska ştatında təşkilat rəhbəri seçildi, eyni zamanda həyat yoldaşı Frensis də gənclər təşkilatına rəhbərlik edirdi. 1880-ci ildə Kansas ştatında alkoqol satışının qadağan olunması haqqında qanunun qəbulunda onun böyük rolu oldu.

Ayıqlıq uğrunda son nəfəsədək
1884-cü ildə Con Finç İOĞT-nin dünya rəhbəri seçildi. Onun əsas məqsədi vətəndaş müharibəsindən sonra parçalanmış ayıqlıq hərəkatını birləşdirmək idi. Nəhayət, 1887-ci ildə, Saraqota-Sprinqsdə keçirilən konqresdə təşkilatlar birləşdirildi və Finç ümumi rəhbər seçildi.

Eyni zamanda o, “Xalq alkoqol ticarətinə qarşı” adlı məşhur kitabını yazdı və ABŞ-da “quru qanun” hərəkatının liderlərindən biri oldu. 1888-ci il prezident seçkilərində onun namizədliyi belə nəzərdən keçirilmişdi.

Vəfatı və irsinin davamı
3 oktyabr 1887-ci ildə, Bostonda keçirilən tədbirdən sonra Con Finç qatar stansiyasında qəfil dünyasını dəyişdi. Ölüm səbəbi – ürək çatışmazlığı və həddindən artıq yorğunluq idi.

Onun vəfatından sonra 3 oktyabr – müxtəlif ölkələrin ayıqlıq təşkilatları tərəfindən Dünya Ayıqlıq Günü kimi qeyd edilməyə başlandı.

1888-ci ildə, həyat yoldaşı Frensis Finç “Con Finç – onun həyatı və fəaliyyəti” adlı 569 səhifəlik kitab yazdı və həyat yoldaşının xatirəsini yaşatdı.

Con Finçin həyatı bir ömürlük ayıqlıq andına sadiqliyin, təbliğat gücünün və iradənin simvoludur. Onun mübarizəsi təkcə ABŞ üçün deyil, bütün dünya üçün nümunə oldu. Bu gün ayıqlıq hərəkatı yaşayan hər kəs, 3 oktyabr tarixində, onu ehtiramla xatırlayır.

İmran Kərimli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri