Icma.az
close
up
RU
Dünya Azərbaycanın gücü və imkanları ilə hesablaşır Deputatdan AÇIQLAMA

Dünya Azərbaycanın gücü və imkanları ilə hesablaşır Deputatdan AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Bu gün Vaşinqtonda çox böyük tarixi hadisələr baş verir. Bu hadisələr təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına deyil, bütövlükdə Cənubi Qafqaz bölgəsində yeni bir sülh və təhlükəsizlik mühitinin formalaşmasına gətirib çıxara bilər. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Bununla da, Cənubi Qafqazda yeni reallıq yarandı. Azərbaycan həm də bütün dünya üçün nümunə ola biləcək siyasət sərgilədi: birincisi, separatçılığa son qoydu, ikincisi isə ərazi bütövlüyünü təmin etdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bu gün ABŞ-də keçiriləcək üçtərəfli görüşdən danışarkən bildirdi.

"Bu mövqedən çıxış edərək, Azərbaycan sülh gündəliyini irəli sürdü. Beş əsas prinsip təqdim edildi ki, bu da sonrakı danışıqlar nəticəsində iki ölkə arasında 17 maddədən ibarət sülh sənədinin hazırlanmasına gətirib çıxardı. 2025-ci ilin mart ayında elan olundu ki, həmin 17 maddənin hamısı üzrə razılıq əldə olunub. Lakin sənədin imzalanması üçün Azərbaycanın iki vacib şərti qalmaqdadır: birincisi, ATƏT-in Minsk qrupunun buraxılması, ikincisi isə Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bu, Konstitusiya dəyişikliklərini tələb edir və yalnız bundan sonra Ermənistanla sülh müqaviləsi imzalanması mümkün ola bilər. Eyni zamanda, sülhün uzunmüddətli və dayanıqlı olması üçün beynəlxalq zəmanət də vacibdir.

Vaşinqtonda gedən müzakirələr bu məsələlər üzrə yekun qərarların verilməsinə gətirib çıxara bilər. Danışıqların əsas mövzularından biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həmçinin yük və sərnişin daşınmasını maneəsiz təmin edəcək. ABŞ-nin bu prosesdə iştirakı isə əlavə beynəlxalq zəmanət rolunu oynaya bilər. Əlavə olaraq, dəhliz üzərindən beynəlxalq yükdaşımaların həcmi artacaq. Artıq Türkiyə Naxçıvan-Qars dəmir yolunun tikintisinə başlayıb".

Deputat əlavə etdi ki, Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirən əsas beynəlxalq nəqliyyat yollarından birinə çevriləcək.

"Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni imkanlar yaradacaq. Bu səbəbdən, Vaşinqton görüşlərini yüksək qiymətləndirirəm. Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıq bölgəyə uzunmüddətli sülh və təhlükəsizlik gətirə bilər. ABŞ-nin Prezidenti Donald Tramp da Azərbaycanın bu siyasətini yüksək dəyərləndirib və sosial şəbəkələrdə dəfələrlə müsbət fikirlər səsləndirib".

Müsahibimizin fikrincə, bu, Azərbaycanın sülh istiqamətindəki addımlarının beynəlxalq səviyyədə təqdir olunduğunu göstərir.

"Vaşinqton görüşləri praqmatik düşüncə tərzinin nəticəsidir. Sadaladığım istiqamətlər, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Prezidentin sosial şəbəkələrdə paylaşımları ölkəmizin tarixi uğurlarını əks etdirir və hər bir vətəndaşda fəxarət hissi yaradır. Mən də bu proseslərə şahidlik etdiyim üçün qürur duyuram və “Gözün aydın olsun, Vətən!” deyirəm. Təşəkkürlər, cənab Prezident! Sizin əzmkar səyləriniz Azərbaycanın gələcəyi, rifahı və güclənməsi üçün real nəticələr verir.

Dünya Azərbaycanın gücü və imkanları ilə hesablaşır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Vaşinqtonda imzalanacaq sənədlər, əldə olunan uğurları möhkəmləndirəcək və bölgə üçün yeni geosiyasi reallıq formalaşdıracaq. Təki niyyətlər saf, məqsədlər aydın olsun və heç bir kənar qüvvə bu prosesə mane olmasın. Azərbaycanın qətiyyəti, baxış bucağı, praqmatik xarici siyasəti və uğurlu diplomatik addımları dünyanın mütərəqqi qüvvələri tərəfindən təqdir olunur və dəstəklənir", - deyə Azər Allahverənov qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri