Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Dünya ölkələri ehtiyat toplayır, bəs Azərbaycan? Deputatdan mühüm AÇIQLAMA

Dünya ölkələri ehtiyat toplayır, bəs Azərbaycan? Deputatdan mühüm AÇIQLAMA

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Dünyada artan geosiyasi gərginliklər, hərbi münaqişələr və iqtisadi qeyri-sabitlik fonunda bir sıra ölkələr vətəndaşlarına ərzaq, su, dərman və digər zəruri məhsullardan ehtiyat toplamağı tövsiyə edir. Bu çağırışlar mümkün genişmiqyaslı böhranlar və fövqəladə vəziyyətlərlə bağlı narahatlıqları artırır. Bəs qlobal miqyasda ehtiyat toplamağa çağırışların arxasında hansı təhlükələr dayanır? Mövcud vəziyyət Azərbaycan üçün də risk yarada bilərmi?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən millət vəkili Elçin Mirzəbəyli bildirib ki, dünyanın müxtəlif ölkələrində əhaliyə ərzaq, su və dərman ehtiyatı saxlamaqla bağlı tövsiyələrin verilməsini Azərbaycan üçün hansısa konkret təhlükənin yaranması kimi qiymətləndirmək doğru deyil:

"Hər bir dövlət özünün təhlükəsizlik mühitini, coğrafi mövqeyini, beynəlxalq münasibətlər sistemindəki yerini və qarşılaşa biləcəyi riskləri nəzərə alaraq müvafiq qərarlar qəbul edir. Bir ölkədə belə tövsiyələrin verilməsi heç də bütün digər dövlətlərin eyni addımları atmasını zəruri etmir. Təbii ki, Azərbaycan da qlobal və regional proseslərdən kənarda deyil. Xüsusilə, Yaxın Şərqdə baş verən hadisələr, ABŞ-İran münasibətlərindəki gərginlik, böyük güclər arasında artan geosiyasi rəqabət və beynəlxalq təhlükəsizlik sistemində müşahidə olunan qeyri-müəyyənlik ölkəmiz tərəfindən diqqətlə izlənilir. Çünki bu proseslərin müəyyən iqtisadi, siyasi və təhlükəsizlik nəticələrinin regionumuza da təsir göstərməsi mümkündür. Lakin mümkün təsirlərlə birbaşa təhlükəni eyniləşdirmək olmaz. Beynəlxalq münasibətlərdə gərginliyin artması avtomatik olaraq Azərbaycanın hansısa fövqəladə vəziyyətlə üzləşəcəyi anlamına gəlmir. Azərbaycan dövləti milli təhlükəsizliyin təmin olunması, mümkün risklərin qabaqlanması və ölkənin strateji maraqlarının qorunması istiqamətində müvafiq mexanizmlərə malikdir. Dövlət qurumları beynəlxalq və regional prosesləri təhlil edir, təhlükəsizlik mühitindəki dəyişiklikləri qiymətləndirir və zərurət yarandıqda müvafiq qərarlar verirlər. Bu, dövlət idarəçiliyinin və milli təhlükəsizlik sisteminin normal fəaliyyət prinsipidir. Burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Əgər Azərbaycanda vətəndaşların evlərində xüsusi ərzaq, su və dərman ehtiyatı yaratmasına, yaxud hər hansı təcili hazırlıq tədbiri görməsinə ehtiyac olsaydı, dövlət müvafiq qaydada özü müraciət edər, əhalini məlumatlandırar və zəruri tövsiyələrini verərdi. Belə məsələlər ayrı-ayrı şəxslərin ehtimalları, sosial şəbəkələrdə yayılan məlumatlar və ya digər ölkələrin təcrübəsi əsasında müəyyənləşdirilməməlidir. Bunun üçün məsuliyyət daşıyan konkret dövlət institutları var".

Millət vəkilinin sözlərinə görə, bu cür həssas mövzularda qeyri-dəqiq məlumatların yayılması, təhlükə ehtimallarının şişirdilməsi və insanlara fərdi qaydada ehtiyat toplamaqla bağlı çağırışların edilməsi bəzən real təhlükənin özündən daha böyük sosial narahatlıq yarada bilər:


"Süni tələbatın formalaşması, ərzaq və digər gündəlik tələbat məhsullarının alınmasında ajiotajın yaranması cəmiyyət üçün əlavə problemlər doğurar. Bizim belə bir vəziyyətə yol verməməyimiz vacibdir. Azərbaycan cəmiyyəti beynəlxalq prosesləri dezinformasiyalara əsaslanan emosionallıqla deyil, soyuqqanlılıqla izləməli, dövlətin rəsmi məlumatlarına və müvafiq qurumların açıqlamalarına istinad etməlidir. Dövlətin məsuliyyəti mümkün təhlükələri qabaqcadan qiymətləndirmək və vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Vətəndaşların isə əsassız məlumatların təsiri altına düşməməsi, süni təşvişə yol verməməsi vacibdir. Bir daha qeyd edirəm ki, başqa ölkələrin vətəndaşlarına ünvanlanan tövsiyələri əsas götürərək Azərbaycanda da təhlükə gözlənildiyi qənaətinə gəlmək üçün əsas yoxdur. Əgər hər hansı xüsusi hazırlıq tədbirinə ehtiyac yaranarsa, dövlətimiz bununla bağlı vətəndaşlara vaxtında və rəsmi qaydada müraciət edəcək. Bu məsələdə fərdi ehtimallara deyil, dövlətin qiymətləndirməsinə və qərarlarına əsaslanmalıyıq".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri