Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşdüyünü qeyd edib.
“Görüşdə əməkdaşlığın cari vəziyyətini və yeni layihə təşəbbüslərini nəzərdən keçirdik. Kiçik və orta biznes subyektlərinin (KOB) maliyyə resurslarına çıxışının genişləndirilməsi, eləcə də iqtisadi artım və şaxələndirmə üçün yeni imkanların araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - deyə Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Sentyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















