Icma.az
close
up
RU
Vahid ölkə nümayəndəliyi

Vahid ölkə nümayəndəliyi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya Bankı Azərbaycanla əməkdaşlığın yeni modelinə keçir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşündə Azərbaycanla bank arasında əməkdaşlığın cari vəziyyəti, reallaşdırılan layihələr və yeni layihə təşəbbüsləri nəzərdən keçirilib. KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, iqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin yeni imkanlarının araşdırılması istiqamətində Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu sahələrdə birgə təşəbbüslərin Azərbaycanda özəl sektorun inkişafına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə töhfə verəcəyi qeyd olunub.

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur ki, bu, tərəfdaşlığın daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına imkan yaradacaq. Bankın missiyası KOB-ların maliyyələşdirilməsi imkanlarının artırılması, daxili və beynəlxalq bazarlara çıxışının gücləndirilməsi, İş yerləri və İqtisadi Artım üçün Maliyyə Əlçatanlığı (FINGROW) çərçivəsində rəqəmsal ödənişlərin təşviqi, maliyyə inklüzivliyinin dərinləşdirilməsi, kredit təminatı mexanizminin təkmilləşdirilməsi prosesinə və digər islahatlara institisional dəstək verməyə hazır olduğunu bəyan edib. 

Tərəfdaşlığın yeni mərhələsi - Ölkə Tərəfdaşlıq Çərçivəsi

Qeyd edək ki, Azərbaycan hökuməti Dünya Bankı ilə etibarlı və uzunmüddətli əməkdaşlıq strategiyası çərçivəsində qarşıdakı illərə dair yeni hədəfləri müəyyənləşdirib. DB ölkəmizin inkişaf prioritetlərinə uyğun olaraq Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlanıb. Yeni çərçivə növbəti beş ildə Azərbaycan ilə DB arasında strateji münasibətlərin əsas istiqamətlərini müəyyən etməklə ölkəmizin daha yaşıl və inklüziv iqtisadiyyata keçidini dəstəkləməyi hədəfləyir. Azərbaycanın yeni inkişaf prioritetləri və çağırışlarını əks etdirən sənəd Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının yeni yol xəritəsi hesab edilir və uzunmüddətli strateji prioritetlərinə və regional və qlobal sınaqların fonunda qısa, orta və uzunmüddətli ehtiyaclara əsaslanır.

Sənədin əsas fundamental istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sütunları üzərində dayanıqlı iqtisadi artımların təmin edilməsi, şaxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktura və daha güclü institutlara investisiya yatırımlarının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlığının gücləndirilməsindən ibarətdir. Ümumilikdə, ÖTÇ-nin əsas məqsədi və qayəsi idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir.

Milli Prioritetlər sənədinə uyğun birgə hədəflər

DB ilə Azərbaycan arasında əməkdaşlığın gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” sahəsində yeni layihələrin icrası da dayanır. Dünya Bankı Qrupunun əsas maliyyə strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumu bu sahədə ilkin sərmayə proqramı hesab edilə bilər.

Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini bəyan edib. Ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə bir müddət əvvəl keçirilən görüşdə COP29 və iqlim maliyyələşdirməsinə dair tərəfdaşlıq imkanları barədə də müzakirə aparılıb. Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani qeyd edib ki, ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, COP29 tədbiri ilində Azərbaycanın yaşıl sektorlarına sərmayə qoyuluşları nəzərdən keçiriləcək və bankın donorluğu təmin olunacaq.

“Yaşıl iqtisadiyyat” quruculuğuna dəstək

DB Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyaların qoyuluşunda açıq olduğunu bəyan edib. Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirak etmək marağını ifadə edib.

DB, həmçinin bərpaolunan enerjinin ixracında və regional “yaşıl enerji” dəhlizinin yaradılmasında da maliyyə təminatçısı olmaq niyyətini bəyan edib. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmaq niyyətini bəyan edib. Bankın TransXəzər “yaşıl enerji” dəhlizinin maliyyə təchizatçısı kimi donorluq imkanları da istisna deyil.

Beləliklə, Dünya Bankı ilə icra olunan yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi və digər layihə təşəbbüsləri Azərbaycanın iqtisadi dayanıqlılığının möhkəmləndirilməsinə, müxtəlif sahələrdə islahatların və maliyyə resurslarının səmərəli idarə edilməsinin təşviq edilməsinə və maliyyə inklüzivliyinin artırılmasına töhfə verəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Sentyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri