Icma.az
close
up
RU
Dünya Bankının Xəzərin biomüxtəlifliyinə töhfəsi

Dünya Bankının Xəzərin biomüxtəlifliyinə töhfəsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dünya Bankı “Xəzər dənizi ekosisteminin bərpası: çirklənmənin idarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” adlı genişmiqyaslı ekoloji təşəbbüsün maliyyələşdirilməsini nəzərdə tutur. Qurum 2026-cı il martın 25-də bu məqsədlə maliyyələşmə paketini təsdiq edəcəyi ilə bağlı açıqlama yayıb. Əvvəllər isə maliyyələşmənin fevralın 25-də qəbul olunacağı nəzərdə tutulurdu.

Dünya Bankının məlumatına əsasən, Azərbaycan və Mərkəzi Asiyadan iki ölkənin iştirak etdiyi layihə çirklənməyə qarşı mübarizə və Xəzər dənizində biomüxtəlifliyin mühafizəsində regional əməkdaşlığın möhkəmləndirilməsinə hədəflənib. Qeyd edək ki, Qlobal Ekoloji Fond  Dünya Bankına və BMT-nin Ətraf Mühit Proqramına qurumun icraedici agentlikləri qismində 11 milyon 743 min 120 ABŞ dolları məbləğində qrant maliyyələşməsi ayırır. Həmin vəsait isə layihənin Azərbaycan, Qazaxıstan və Türkmənistanda həyata keçirilməsinə yönəldilib. 

Yeri gəlmişkən, Dünya Bankı İdarə Heyətinin təsdiqinə 8 milyon 243 min 120 ABŞ dolları məbləğində layihə təqdim ediləcək. Layihənin icraedici agentliyi qismində BMT-nin Layihələrə Xidmət Ofisi çıxış edəcək. Bundan əlavə, BMT-nin Layihələrə Xidmət Ofisi müvafiq ekoloji və sosial standartlar alətlərinin hazırlanması və üç iştirakçı ölkə ilə qarşılıqlı fəaliyyətin qurulması məqsədilə 183 min 489 dollar məbləğində Qlobal Ekoloji Fondun hazırlıq qrantı alacaq.

Layihənin məqsədi ölkələrə çirklənmənin idarə olunmasında və bioloji müxtəlifliyin qorunması üzrə tədbirlərin gücləndirilməsində dəstək göstərməkdir. Bu, Azərbaycan, Qazaxıstan və Türkmənistanın institusional potensialının artırılması hesabına təmin ediləcək. Təşəbbüs dövlətlərin Tehran Konvensiyası və müvafiq protokollar üzrə öhdəliklərinin icrasına dair mövcud səylərini tamamlayır.

Xatırladaq ki, layihə üç komponentdən ibarətdir. Çirklənmənin və xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının gücləndirilməsi məqsədlərinin hər birinə müfaviq olaraq 3 milyon 900 min dollar, layihənin idarə edilməsinə isə  443 min 120 dollar vəsaitin xərclənməsi nəzərdə tutulur. 

Xatırladaq ki, Xəzər dənizi biomüxtəlifliyi ilə seçilən qapalı su hövzəsidir. Planetimizin ən böyük qapalı su hövzəsi zəngin endemik növ tərkibinə malik özünəməxsus ekosistemdir. Təkcə onu qeyd etmək kifayətdir ki, nərəkimilərin dünya üzrə mövcud ehtiyatının 80 faizi məhz planetimizin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində cəmləşib. Ümumilikdə isə, Xəzər hövzəsində 153  balıq növü var ki, bunların da 81-i  endemikdir. Xəzərin Azərbaycan sektorunda isə 90-a qədər balıq növü mövcuddur. 

Bununla belə, iqlim dəyişikliyi, dəniz səviyyəsinin kəskin enməsi və antropogen amillər səbəbindən bu zəngin biomüxtəliflik ciddi risk altındadır. Ekoloqların fikrincə, son 15-20  ildə Xəzər dənizində nərəkimilərin ehtiyatı ötən əsrin 80-ci illəri ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. Nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəblərindən biri də Xəzər dənizinin çirkləndirilməsi ilə bağlıdır. Bu səbəbdən də hazırda Xəzər ekosisteminin qorunması üçün beynəlxalq və yerli səviyyədə balıqartırma, eləcə də çirklənmənin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür.

Rövşən ABBASOV, 
ekoloq

Son illər Xəzər dənizinin çirkləndirilməsi ciddi narahatlıq doğurur. Belə ki, kənd təsərrüfatında istifadə edilən gübrə və pestisidlər çaylar vasitəsilə dənizə axıdılır. Bu, əsasən, azot və fosfat gübrələridir ki, dənizdə ekosistem zəncirinə çox mənfi təsir göstərir. Dənizin müxtəlif tullantılarla çirkləndirilməsi isə suda həll olmuş oksigeni azaltmaqla canlıların nəfəs almasını çətinləşdirir. Xəzər ekosisteminin uğradığı mənfi təsirlərlə əlaqədar son illər dənizdə kilkə ovu 10 dəfə azalaraq 1999-cu ildəki 271 min tondan 27 min tona düşüb. Balıq ehtiyatlarının azalması bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır. 

Göründüyü kimi, dənizin çirklənməsinin onun bioloji ehtiyatlarına mənfi təsiri getdikcə artır. Bu, ilk növbədə, nərə balıqları populyasiyalarına  ciddi təsir edir. Artıq Xəzər dənizində nərəkimilərin ehtiyatı azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 1980-ci illərlə müqayisədə 2009-2010-cu illərdə nərə balıqlarının ov həcmi 30 dəfə azalıb. Hazırda sahilyanı ölkələrin razılığı əsasında Xəzərdə nərə balıqlarının ovu qadağan edilib. 

Çirklənmə dəniz suitilərinə də mənfi təsir edir. Yeri gəlmişkən, Xəzər suitisi yeganə dəniz məməlisi və endemikidir. XX əsrin əvvəllərində Xəzər suitilərinin sayı, təqribən, 1 milyon olduğu halda, hazırda onun populyasiyası 100 min fərd təşkil edir. Eyni zamanda, gətirilən növlər də Xəzərin bioloji ehtiyatlarına mənfi təsir edir. Belə ki, gəlmə növlər dənizin heyvanat aləminin yem bazasına çox mənfi təsir edir. Məsələn, Mnemiopsis leidyi adlı bir növün Xəzər dənizinə gəlməsi nəticəsində kilkə balıqlarının yem ehtiyatları azalıb ki, bu da onların sayına mənfi təsir etməkdədir. 

Dünya Bankının “Xəzər dənizi ekosisteminin bərpası: çirklənmənin idarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” adlı genişmiqyaslı ekoloji təşəbbüsün maliyyələşdirilməsi ilə bağlı layihəsi yalnız ətraf mühitin qorunması baxımından deyil, həm də regional əməkdaşlığın gücləndirilməsi mənasında mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizinin unikal ekosisteminin qorunması və çirklənmənin effektiv idarə olunması üçün Dünya Bankı ilə birgə işin davam etdirilməsi, Azərbaycan üçündə  strateji üstünlüklər yaradır. Layihəyə ayrılacaq qrantların həm institutlararası potensialın artırılmasına, həm də xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunmasına yönəlməsi bu təşəbbüsü yalnız ekoloji deyil, eyni zamanda, sosial və iqtisadi baxımdan da dəyərli edir. Belə təşəbbüslər regional ölkələrin birgə çevik reaksiyası və davamlı inkişaf məqsədlərinə çatmaq üçün vacib addımdır.

M.YAQUBZADƏ 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri