Icma.az
close
up
RU
Dünya Bankının yeni proqnozu

Dünya Bankının yeni proqnozu

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycanda 2026-2027-ci illərdə iqtisadi artım davam edəcək

Nüfuzlu qlobal iqtisadi institutlardan olan Dünya Bankı (DB) Azərbaycanda iqtisadi artım ilə bağlı yeni proqnozlarını açıqlayıb. Bankın ekspert icmasının beynəlxalq ictimaiyyətə təqdim etdiyi “Qlobal İqtisadi Perspektivlə” hesabatına əsasən, 2026-cı ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz artacaq. Ehtimallara görə, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2026-cı ildə 3,3 faiz, 2027-ci ildə isə 3,1 faiz səviyyəsində olacaq.

Hesabatda qeyd olunur ki, Azərbaycanda iqtisadi fəallıq karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq. Ermənistan və Gürcüstanda yüksək baza səviyyəsindən sonra iqtisadi fəallığın normallaşması ilə özəl istehlakın yavaşlaması gözlənilir, pul köçürmələrinin zəifləməsi və ixrac gəlirlərinin azalması isə cari hesablara təzyiq göstərəcək.

DB-nin şərhinə əsasən, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son illərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr  iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir. 2025-ci ildə ÜDM istehsalında qeyri- neft-qaz sektorunun payının artaraq 4 faiz təşkil etməsi əlavə dəyərin baza sütununun enerji sektoruna deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini təsdiqləyir.

Qeyri-neft sektorunun artmasında əsas amillər kimi biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılması müsbət dəyərləndirilir.

“Business Ready” hesabatında yüksək nəticələr

Yeri gəlmişkən, Dünya Bankı tərəfindən 2025-ci il üzrə “Business Ready” (B-READY) hesabatı açıqlanıb. Azərbaycan ilk dəfə qiymətləndirildiyi bu hesabatda ölkənin maliyyə xidmətləri sahəsində əldə etdiyi yüksək nəticələr qeyd olunub. Belə ki, Azərbaycan “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87.2 bal toplayaraq qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb. Qiymətləndirmədə ballar 0-100 intervalında verilib. Bu göstərici tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricidən formalaşıb. Altgöstəricilərdən olan tənzimləyici çərçivə 94,1 bal, ictimai xidmətlər 89,8 bal və  əməliyyat səmərəliliyi isə 77,5 bal olaraq qiymətləndirilib.

Qeyd edək ki, “Business Ready” hesabatı Dünya Bankı tərəfindən hazırlanmış beynəlxalq müqayisəli qiymətləndirmə layihəsidir. Hesabatda qiymətləndirmə biznesin açılması, fəaliyyət göstərməsi (və ya genişləndirilməsi) və bağlanması (və ya yenidən təşkili) zamanı şirkətin həyat dövrünü və bazarda iştirakını təşkil edən on mövzu üzrə aparılır. Hər mövzu üzrə bal tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricinin qiymətləndirilməsindən formalaşır. Qiymətləndirilən on mövzudan biri də maliyyə xidmətləridir.

2024-cü ildən etibarən açıqlanan hesabat dünyanın əksər iqtisadiyyatlarını əhatə etməklə, özəl sektorun inkişafı baxımından biznes mühitinin kəmiyyət əsaslı qiymətləndirilməsini təqdim edir. Hesabat çərçivəsində tənzimləyici mühit, şirkətlər və bazarlar üçün nəzərdə tutulmuş dövlət xidmətlərinin əlçatanlığı, eləcə də bu xidmətlərin əməliyyat səmərəliliyi nəzərə alınır.

Cari hesabatda 101 iqtisadiyyat üzrə biznesə hazırlıqla bağlı rəsmi məlumatlar təqdim olunub. Sənəddə qeyd edilib ki, 2026-cı ilin sonunadək 164 ölkənin qiymətləndirilməsi nəzərdə tutulur.

Sülh müqaviləsi regional inteqrasiyaya töhfə verəcək

Dünya Bankı 2025-ci ilin avqustunda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin sabitliyin möhkəmlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə töhfə verəcəyini gözləyir. Bankın mütəxəsssiləri vurğulayır ki, Ermənistan və Azərbaycan arasındakı sülh prosesində irəliləyiş Cənubi Qafqazda inteqrasiyanın dərinləşməsi üçün amil ola bilər. Hesabatda digər regionlardakı vıəziyyətə də nəzər salınır. Qeyd olunur ki, geosiyasi gərginlik Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinin pisləşməsi riskinin əsas amillərindən biri olaraq qalır. Rusiyanın işğalının uzanması və ya eskalasiyası Ukrayna iqtisadiyyatını daha da zəiflədə və geosiyasi qeyri-müəyyənliyin yüksək səviyyədə qalmasına səbəb ola bilər. Ukraynada döyüş əməliyyatlarının gözləniləndən daha tez başa çatması ölkənin bərpası ilə bağlı investisiyaları sürətləndirə və investorların etimadını artıra bilər.

Reytinq agentliklərinin proqnozları müsbətdir 

Digər xarici iqtisadi institutların ölkəmizlə bağlı proqnozları da ümidvericidir. 

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycanda iqtisadi artım 2026-cı il üzrə 2,5 faiz, 2027-c? ildə isə 2,6 faiz təşkil edəcək. Artımın əsas mənbəyi kimi qeyri-neft sahələrindən əldə edilən əlavə dəyərlər əsas hesab olunur. Hazırda qeyri-neft sektorundakı artımın 6-7 faiz təşkil etməsi iqtisadi inkişafın hərəkətverici drayverlərinin artıq daha işlək olmasından xəbər verir. BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq.

Asiya İnkişaf Bankı 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 2 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 faiz, “ING Group” isə 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə isə 2 faiz artım olacağını fərz edir.

BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 2,6 faiz təşkil edəcək.

Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də demək olar ki, oxşardır. “S&P Global” agentliyi ölkəmizdə artımın 2026-cı ildə 2 faiz, “Fitch Ratings” 2,5 faiz, “Moody’s” isə  2,5 faiz olacağını gözləyir.

Qeyd edək ki, qlobal institutların iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür. İqtisadiyyat Nazirliyi ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9  faiz olacağını  proqnozlaşdırır. Belə ki, 2026-cı ildə əlavə dəyərin real artımının 2,9 faiz, 2027-ci ildə 3,3 faiz, 2028-ci ildə isə 3,1 faiz olacağı ehtimal edilir. Qeyri-neft ÜDM-nin isə cari ildə 5 faiz, gələn il 4,8 faiz, 2028-ci ildə isə 5 faiz artacağı gözlənilir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri