Icma.az
close
up
RU
Dünya birliyi Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir

Dünya birliyi Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının BMT Baş Assambleyasının 80-ci sessiyasında məzmunlu və əhatəli çıxışı, özünəməxsus analizləri, ideyaları ilə hər kəsin diqqətini cəlb etdi. Çıxışda söylənilən beynəlxalq təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yeni əməkdaşlıq formatları kimi prioritet mövzuları əhatə etməklə yanaşı, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu qeyd etdi.

Prezident İlham Əliyev cənablarının Assambleyanın 80-ci sessiyasında çıxışında Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi işğal, etnik təmizləmə və hərbi cinayətlər siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. O, qeyd etdi ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyon azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb, adi insan hüquqları kobud şəkildə pozulub. Qeyd olundu ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxın fəaliyyəti ərzində öz missiyasını yerinə yetirə bilmədi. Beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə status-kvonu qorumağa calışdı və nəticədə Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.
Sammitdə Ermənistanın müharibə zamanı şəhərlərimizə ballistik raketlər və kasetli mərmilər ataraq mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətləri də xatırlatdı. Müharibədən sonra dövlətimiz qarşı tərəfə sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdi.
Dövlətimizin başçısı Vaşinqton Sammitinin eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu vurğuladı. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə imzalanan Anlaşma Memorandumu siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq üfüqləri açır.
2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra dövlətimiz azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistanın işğal dövründə yüzlərlə şəhər və kəndi yerlə-yeksan etməsi, məscidlərin dağıdılması Azərbaycanın qarşısında böyük bərpa və quruculuq missiyası qoydu. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq on minlərlə vətəndaş doğma torpaqlara qayıdaraq yaşayış, iş və təhsil imkanları əldə edib.
Azərbaycan eyni vaxtda həm etibarlı enerji təchizatçısı, həm də bərpaolunan enerji mənbələrinin inkişafında aparıcı ölkə kimi çıxış edir. Hazırda Azərbaycan onlarla ölkəyə təbii qaz ixrac edir və bu göstərici ilə qaz ixracında dünya lideridir. Azərbaycanın tranzit imkanları son illərdə sürətlə genişlənib. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin qovşağında yerləşən ölkəmiz Orta Dəhlizdə yükdaşımaların yüz faizə yaxınını təmin edib.
Dövlətimizin başçısı xatırladıb ki, ölkəmiz təbii fəlakətlərdən və münaqişələrdən zərər çəkmiş ölkələrə, o cümlədən COVID-19 pandemiyası dövründə 80-dən çox dövlətə tibbi və maliyyə dəstəyi göstərib.
Prezident İlham Əliyev Azərbaycanın son illərdə keçdiyi yolu – müharibədə Qələbəni, işğala son qoyulmasını, bərpa işlərinə başlanmasını və sülhün təmin edilməsini tarixi nailiyyətlər kimi təqdim etdi. Bu təcrübə yalnız Azərbaycanın uğuru deyil, həm də beynəlxalq hüququn gec-tez üstünlük təşkil edəcəyinin sübutudur
Cənab İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, həm də beynəlxalq aləmdəbaş verən proseslərdə fəal iştirakçı olduğunu göstərdi.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri