Dünya çempionatı: Daşdəmirov gümüş, Mustafayev bürünc qazanıb YENİLƏNİB
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün yunan-Roma güləşində növbəti medalçılar müəyyənləşib.
Azərbaycan yığmasının iki təmsilçisi medal uğrunda yarışıb.
U-20 dünya çempionatı
Yunan-Roma güləşi
55 kq
Turan Daşdəmirov (55 kq) final görüşünə çıxıb. Onun rəqibi iranlı Payam Ahmadi Balutaki olub. 3:5 hesabı ilə uduzan Turan çempionatın gümüş medalına sahib çıxıb.
67 kq
Fəraim Mustafayev (67 kq) bürünc uğrunda Takaku Suzuki (Yaponiya) ilə qarşılaşıb. 5:4 hesabı ilə güclü olan güləşçimiz fəxri kürsüdə yer almağı bacarıb.
Qeyd edək ki, yunan-Roma güləş yığmamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.
İdman.biz

Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranı gümüş medal qazanıb
14 Dekabr 2024 21:13
Dünya çempionatı: Azərbaycanın olimpiya çempionu bürünc medal qazanıb
18 İyun 2025 21:09
Avropa çempionatı: Bir qızıl, dörd bürünc şansı YENİLƏNİB
05 İyul 2025 19:47
Avropa Çempionatı: Cüdoçumiz bürünc medal qazanıb
17 Noyabr 2024 18:58
Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı
21 Avqust 2025 13:58

