Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranı gümüş medal qazanıb
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
"Report" xəbər verir ki, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub.
O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.
Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.
Xatırladaq ki, D.Dadaşbəylu ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
Bu mövzuda digər xəbərlər:Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında gümüş medal qazanıb AZƏRTAC
14 Dekabr 2024 21:37
Dünya çempionatı: Azərbaycan atıcısı gümüş medal qazanıb və yeni dünya rekordu müəyyənləşdirib
08 Noyabr 2025 16:09
Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
13 Sentyabr 2025 22:31
Azərbaycan güləşçisindən bürünc medal Dünya çempionatı
27 Oktyabr 2025 22:23
Dünya çempionatı: Daşdəmirov gümüş, Mustafayev bürünc qazanıb YENİLƏNİB
23 Avqust 2025 21:06
Baxış sayı:114
Bu xəbər 14 Dekabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















