Icma.az
close
up
RU
Dünya çempionatına səyahət: İLK DAYANACAQ AZTEKA

Dünya çempionatına səyahət: İLK DAYANACAQ AZTEKA

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Hər bir futbol izləyicisi üçün dünya çempionatı xüsusi əhəmiyyət daşıyır. Dörd ildən bir keçirilən bu mötəbər turnir yaşından asılı olmayaraq yeddidən yetmişə bütün azarkeşləri ekran qarşısına, küçələrə və ən əsası stadionlara cəlb edir. Bugünkü söhbətimiz isə məhz bu il ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatının açılış mərasiminə ev sahibliyi edəcək “Estadio Azteka” stadionundan gedir.

Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən "Estadio Azteka" dünya futbol tarixində xüsusi yer tutan ən məşhur stadionlardan biridir. 1966-cı ildə istifadəyə verilən stadion onilliklər ərzində beynəlxalq turnirlərə, tarixi matçlara və milyonlarla azarkeşin yaddaşında qalan anlara ev sahibliyi edib.

Tarixi və əsas göstəricilər

"Estadio Azteka"nın tikintisinə 1962-ci ildə başlanılıb və 29 may 1966-cı ildə rəsmi açılışı baş tutub. Stadionun memarları Pedro Ramires Vazkes və Rafael Mijares Alserreka olub. Hazırda stadionun tamaşaçı tutumu təxminən 87 min nəfər təşkil edir ki, bu da onu Cənubi Amerikanın ən böyük idman arenalarından birinə çevirir.

Dünya çempionatları və tarixi oyunlar

"Estadio Azteka" futbol tarixində iki dəfə dünya çempionatının final oyununa ev sahibliyi etmiş nadir stadionlardandır.

1. 1970-ci il Dünya Çempionatının finalında Braziliya millisi İtaliya üzərində qələbə qazanaraq dünya çempionu olub.

2. 1986-cı il Dünya Çempionatının finalında isə Argentina Almaniya üzərində qələbə əldə edib.

1986-cı ildə Argentina–İngiltərə qarşılaşması zamanı Dieqo Maradonanın vurduğu “Tanrının əli” və “Əsrin qolu” adlandırılan qollar məhz bu stadionda qeydə alınıb.

Klub və milli oyunlar

"Estadio Azteka" uzun illərdir “Amerika” (Club America) futbol klubunun ev stadionudur. Eyni zamanda Meksika milli futbol komandası da vacib beynəlxalq və rəsmi oyunlarını bu arenada keçirir.

Konsertlər və kütləvi tədbirlər

Stadion yalnız idman yarışları ilə məhdudlaşmır. Müxtəlif illərdə burada böyük miqyaslı konsertlər, mədəni və dini tədbirlər təşkil olunub. 

Tarixdə ilkə imza atacaq

"Estadio Azteka" 2026-cı il FIFA Dünya Çempionatı oyunlarına ev sahibliyi edəcək. Bununla da stadion tarixdə üç fərqli dünya çempionatında oyun keçirilən ilk stadion kimi futbol tarixinə düşəcək. 

"Estadio Azteka" təkcə Meksika futbolunun deyil, dünya idman tarixinin ən əlamətdar məkanlarından biri hesab olunur. Onilliklər ərzində burada keçirilən oyunlar və baş verən hadisələr stadionu futbolun simvol arenasına çevirib.

Hansı oyun, hansı kanalda? - TV AFİŞA Bir hekayənin sonu: NEYMAR KARYERASINI BİTİRİR? "Yunayted" İtaliya millisinin üzvü ilə maraqlanır “Napoli”dən “Arsenal”a "Barselona"da gözlənilməz qərar: LAPORTA PREZİDENT OLMAYACAQ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Fevral 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri