Dünya Çempionatının püşkatma mərasiminin keçiriləcəyi tarix və yer açıqlanıb
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə 2026-cı il Dünya Çempionatının püşkatma mərasiminin keçiriləcəyi tarix və yer rəsmən açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, püşkatma mərasimi dekabrın 5-də ABŞ-nin Las-Veqas şəhərində baş tutacaq.
FIFA-nın təşkil etdiyi bu çempionat bir çox baxımdan tarixə düşəcək. İlk dəfə olaraq turnirdə 48 milli komanda iştirak edəcək. Əvvəlki illərdə bu rəqəm 32 olub. Turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada birgə təşkil olunacaq. Bu da turnirin 3 ölkədə keçiriləcəyi ilk dünya çempionatıdır.
Xatırladaq ki, sonuncu – 2022-ci il dünya çempionatının qalibi Argentina millisi olub. Finalda Fransa ilə dramatik qarşılaşmada penaltilər seriyasında qalib gələn cənubi amerikalılar üçüncü dəfə dünya çempionu titulunu qazanıb.
Yeni formatda keçiriləcək 2026-cı il dünya çempionatı həm idman baxımından, həm də iqtisadi və coğrafi əhatəlilik baxımından futbol tarixində yeni bir mərhələ olacaq. Genişləndirilmiş iştirakçı sayı daha çox ölkəyə dünya arenasında özünü göstərmək fürsəti yaradacaq. Püşkatma mərasimi isə bu nəhəng turnirin rəsmi start nöqtəsi hesab olunur.
Bu mövzuda digər xəbərlər:Dünya çempionatının püşkatma mərasiminin vaxtı açıqlandı
12 Noyabr 2024 01:38
2025ci ildə keçiriləcək dünya çempionatının püşkatma mərasiminin vaxtı bəlli olub
12 Noyabr 2024 09:31
2026 cı ildə keçiriləcək dünya çempionatının püşkatma mərasiminin vaxtı bəlli oldu
30 İyul 2025 13:10
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin tarixi bəlli olub
06 Fevral 2025 17:55
Klublararsı dünya çempionatının püşkatma mərasimi keçiriləcək
05 Dekabr 2024 12:52
Baxış sayı:50
Bu xəbər 30 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















