Dünya çempionatının püşkatma mərasiminin vaxtı açıqlandı
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Gələn il ABŞ-da keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasiminin vaxtı açıqlanıb.
QOL.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir dekabrın 5-də Mayamidə keçiriləcək.
Yeni formatda təşkil olunacaq turnir gələn ilin 15 iyun-13 iyul tarixləri arasında baş tutacaq. İlk dəfə olaraq klublararası dünya çempionatında 32 komanda mübarizə aparacaq.
Hazırda turnirin 31 iştirakçısının adı məlumdur. Sonuncu vəsiqənin sahibi noyabrın 30-da keçiriləcək Libertadores Kubokunun finalından sonra müəyyənləşəcək.
Klublararası dünya çempionatının matçları ABŞ-nin Nyu-Cersi, Şarlott, Sinsinnati, Los-Anceles, Mayami, Neşvill, Orlando (2 stadion), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta ştatlarında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Noyabr 2024 01:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















