Icma.az
close
up
RU
Dünya daha “5 liy”ə sığmır

Dünya daha “5 liy”ə sığmır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT-nin yeni seçiləcək baş katibindən ciddi islahatlar gözlənilir

İkinci Dünya müharibəsindən sonra planetdə sülhü qorumaq üçün yaradılan nəhəng struktur bu gün ən kiçik münaqişələri belə dayandıra bilmir. Çünki BMT-nin qərarverici mexanizmi olan Təhlükəsizlik Şurası 5 böyük dövlətin (ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə) maraqları arasında sıxılıb qalıb. Onlardan birinin “veto”su təşkilatı faktiki olaraq hərəkətsiz hala gətirir. BMT, sadəcə, baş verən hadisələri pisləyən bəyanatlar verməklə kifayətlənir. Bu halda isə onun rəhbərinin kimliyi böyük önəm kəsb etmir. Amma...

BMT baş katibi Antonio Quterreşin vəzifə müddəti bu ilin sonunda bitir. 2017-ci ildən quruma rəhbərlik edən portuqaliyalı diplomatın dövrü dünya üçün iqtisadi çətinliklər və ağır siyasi böhranlarla yadda qaldı. Xüsusilə postpandemiya dövrü, Ukrayna müharibəsi və Yaxın Şərqdəki qanlı qarşıdurmalar fonunda BMT-nin fəaliyyətini kifayət qədər uğursuz hesab etmək olar. SSRİ dağılandan və “soyuq müharibə” başa çatdıqdan sonra təşkilat sanki dünyada böyük problemlərin qalmadığı düşüncəsilə rahatlığa qapılmışdı. Bu fəaliyyətsizliyin real nümunəsi Azərbaycanla bağlıdır. BMT-nin Ermənistanın torpaqlarımızı işğal etməsini təsdiqləyən və qoşunların çıxarılmasını tələb edən 4 qətnaməsi illərlə icra olunmamış qaldı. Beynəlxalq birliyin kağız üzərində saxladığı bu qərarları Azərbaycan öz gücü hesabına reallığa çevirdi.

BMT TŞ isə qlobal təhlükəsizliyi təmin etmək yerinə, böyük dövlətlərin bir-biri ilə çəkişdiyi meydana çevrilib. Prezident İlham Əliyev çıxışlarında Təhlükəsizlik Şurasının artıq işləmədiyini dəfələrlə qeyd edib. Dövlət başçısı 2023-cü il martın 2-də Bakıda keçirilən Zirvə görüşündə bildirib ki, bu şura artıq səmərəli deyil. O qeyd edib ki, bəzi qərarlar bir neçə günə icra edildiyi halda, Ermənistanın torpaqlarımızdan dərhal çıxmasını tələb edən 4 qətnaməyə 30 ilə yaxın müddətdə əhəmiyyət verilməyib. Bu fakt beynəlxalq aləmdəki ikili standartları və sistemin yenilənməsinə olan ehtiyacı açıq şəkildə göstərir. A.Quterreş hələ Qaçqınların İşi üzrə Ali Komissar olduğu dövrdən Azərbaycandakı vəziyyətə, qaçqın və məcburi köçkünlərin probleminə yaxından bələd idi və Prezident İlham Əliyevlə müntəzəm əlaqə saxlayırdı. Lakin bu, BMT-nin öz qətnamələrini icra etmək iqtidarında olmayan bürokratik divarlarını aşa bilmədi.

***

Mövcud reallıq onu deməyə əsas verir ki, yeni baş katib seçkiləri ərəfəsində yaranan mənzərə daha çox simvolik xarakter daşıyır. Çünki sistemin özü təməldən zədəli olduqda sükan arxasına kimin keçməsi böhranı həll etməyə yetməyəcək. Antonio Quterreşin yerinə bəzi namizədlərin adları artıq bəllidir. Hazırda bu siyahıda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi (Argentina), BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) rəhbəri Rebeka Qrinspan (Kosta-Rika) və Çilinin keçmiş prezidenti Mişel Baçelet kimi nüfuzlu simalar yer alır. Həmçinin Seneqalın keçmiş prezidenti Maki Sall və BMT-nin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi olmuş Virciniya Qamba da bu diplomatik marafonun rəsmi iştirakçıları sırasındadırlar.

Yuxarıda qeyd etdiyimiz kimi, builki seçkilərin ən diqqətçəkən tərəfi BMT tarixində ilk dəfə olaraq quruma qadın rəhbərin seçilməsi ehtimalının kifayət qədər yüksək olmasıdır. Bu səbəbdən Mişel Baçelet və Rebeka Qrinspanın namizədlikləri xüsusi maraqla izlənilir. BMT Baş Assambleyasının prezidenti Annalena Berbok da çıxışlarında bu məsələyə xüsusi toxunur. Xanım Annanela ötən il bir müsahibəsində təşkilatın 80 illik tarixində və dünyada 4 milyard qadın olduğu halda, niyə hələ də təşkilata rəhbərlik üçün uyğun bir qadın tapılmadığını anlamadığını demişdi. Bu baxımdan yeni baş katiblik uğrunda rəqabətin qəliz olacağını demək olar. Xatırladaq ki, BMT Baş Assambleyasının müəyyən etdiyi qrafikə uyğun olaraq 21-22 aprel tarixlərində namizədlərlə açıq dialoqların keçirilməsi planlaşdırılır. Yekun qərarın isə Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında ilin son rübündə verilməsi gözlənilir.

***

BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinin dəyişməsi məsələsi müasir beynəlxalq münasibətlər sisteminin ən çətin görünən dilemmalarından biridir. Hüquqi müstəvidə bu proses BMT Nizamnaməsinin 108-ci maddəsi ilə tənzimlənir ki, bura əsasən istənilən struktur dəyişikliyi Baş Assambleya üzvlərinin üçdə ikisinin razılığı ilə yanaşı, mövcud 5 daimi üzvün hər birinin mütləq ratifikasiyasını tələb edir. Bu isə praktikada “özünü ləğvetmə” paradoksu yaradır. Bu gün iqtisadi və siyasi cəhətdən güclü Hindistan, Almaniya, Türkiyə, Yaponiya və Braziliya kimi ölkələr haqlı olaraq sual verirlər ki, niyə 80 il əvvəlki reallıq hələ də davam etməlidir? Məsələn, Hindistanın əhalisi və iqtisadiyyatı Britaniya və ya Fransadan qat-qat böyük olsa da, onun qərar qəbuletmə prosesində səlahiyyəti yoxdur.

Dəyişikliyin qarşısını alan təkcə “beşlik” deyil, həm də regional rəqabətdir. Məsələn, Pakistan Hindistanın, İtaliya Almaniyanın, Meksika isə Braziliyanın daimi üzv olmasına qarşı çıxır. Nəticədə, həm daxili qaydalar, həm də ölkələr arasındakı qarşılıqlı inamsızlıq sistemi kilidli vəziyyətdə saxlayır. Belə bir vəziyyətdə BMT-nin tərkibinin dəyişməsi üçün ya böyük güclərin üzləşəcəyi qlobal böhran, ya da beynəlxalq sistemin tamamilə yenidən qurulması lazımdır. Əks halda, dövlətlər yavaş-yavaş BMT-dən uzaqlaşıb BRICS və ya G20 kimi daha çevik və müasir reallıqları əks etdirən alyanslara üstünlük verməyə başlayacaqlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə səsləndirdiyi, bu gün isə qurumun acı reallığını əks etdirən məşhur cümləsində də dediyi kimi, “dünya beşdən böyükdür”.

Vasif HÜSEYNOV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri

Təşkilatın yaradıldığı 1940-cı illərdə qarşıya qoyulmuş əsas vəzifə beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi idi. Lakin fəaliyyətinin ilk illərindən BMT-nin bu istiqamətdə uğur qazanacağı böyük şübhə doğururdu. Təhlükəsizlik Şurasına 5 daimi üzvün təyin edilməsi ilə qurumun yaradıcıları, əslində, onun beynəlxalq münasibətlərdə qərəzsiz və nizamnamədə nəzərdə tutulduğu kimi, bitərəf sülh təşkilatı olaraq parlamasının qarşısını aldılar. Məhz bu 5 dövlət arasındakı çəkişmələr zamanla qurumun fəaliyyətini məhdudlaşdıraraq onu iflic vəziyyətinə gətirdi. “Soyuq müharibə” başa çatdıqdan sonra, 1990-cı illərin əvvəllərində konfrontasiyanın aradan qalxacağına və BMT-nin yenidən öz missiyasına qayıdacağına dair müəyyən ümidlər var idi. Lakin beynəlxalq münasibətlərdə gərginlik artdıqca BMT-nin fəaliyyətinə olan maneələr də çoxaldı. Nəticədə, qurum beynəlxalq proseslərə heç bir real təsiri olmayan təşkilata çevrildi. Azərbaycan xalqı olaraq biz bunu illər boyu acı təcrübəmizdə müşahidə etmişik.

Bu vəziyyət onu göstərir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri öz maraqlarına uyğun gəldikdə hansısa qətnamənin icrasına dərhal, hətta hərbi yolla nail olur, lakin maraqlarına toxunmayan digər qətnamələrin icrası üçün heç bir səy göstərmirlər. Hazırda beynəlxalq vəziyyət elə bir həddə çatıb ki, hətta ABŞ kimi aparıcı dövlətlər belə BMT-ni əvəz edə biləcək yeni formatların axtarışına çıxıb. Bu ilin fevral ayında Sülh Şurasının yaradılması da göstərir ki, artıq dövlət rəsmiləri və siyasətçilər arasında BMT-nin yararsızlığına dair fikirlər getdikcə daha ucadan səslənir.

Nəticə etibarilə, yeni baş katibin bu fundamental problemlərin öhdəsindən gəlmək ehtimalı olduqca aşağıdır. Çünki bu böhranın kökü baş katibin fəaliyyəti ilə deyil, BMT-nin qurucusu olan aparıcı dövlətlərin mövqeyi və onlar arasındakı ziddiyyətlərlə bağlıdır. Odur ki, rəhbərliyin dəyişməsi ilə BMT-nin mövcud stereotipləri qıracağı və bu dərin böhrandan çıxacağı inandırıcı görünmür.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri