“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Real Madrid"in sabiq hücumçusu Raul Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin edilib.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 49 yaşlı ispaniyalı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu, Raulun əsas komanda səviyyəsində ilk baş məşqçilik təcrübəsi olacaq.
Hazırda İspaniya Sequndasında mübarizə aparan "Ovyedo" 13 turdan sonra 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komanda pley-off zonasından cəmi 1 xal geri qalır. Ötən mövsüm La Liqanı sonuncu pillədə başa vuran klub aşağı liqaya düşüb. Raulun yeni komandasının sükanı arxasında debütü noyabrın 14-də "Jirona" ilə ev oyununda baş tutacaq.
Qeyd edək ki, Raul məşqçilik karyerasına 2018-ci ildə "Real"ın sistemində başlayıb və 2025-ci ilə qədər burada çalışıb. O, futbolçu kimi 1994-2010-cu illərdə Madrid təmsilçisinin heyətində 741 oyuna çıxaraq 323 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Noyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















