Icma.az
close
up
RU
Dünya dini liderlərinin Bakı Sammiti başa çatdı FOTO

Dünya dini liderlərinin Bakı Sammiti başa çatdı FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Bakıda keçirilən Dünya dini liderlərinin qlobal Sammiti noyabrın 6-da başa çatıb.
Bizim.Media xəbər verir ki, açılış mərasimi noyabrın 5-də keçirilən Sammit bu gün işini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən plenar iclasla davam etdirib.
Tolerantlıq və Sülh uğrunda Qlobal Şuranın sədri Ahmed Mohamed Aljarwan Alshamsi, Misir diyarının Baş müftisinin müşaviri İbrahim Neqm, "Marmara" Qrupu Fondunun prezidenti Akkan Suver, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Kholiknazar, Finlandiya Dinlərarası Əməkdaşlıq üzrə Milli Forumunun prezidenti Atik Ali, Türkiyənin cəfəri şiə icmasının başçısı Selahitdin Özgündüz, Əbdüssamad Əl-Yezidi, İordaniya Dinlərarası birgə yaşayış araşdırma Mərkəzinin direktoru Nəbil Həddad, Ümumafrika Kilsələr konfransının Baş katibi Fidon Mvombeki, Rumıniya Baş müftisi İyusuf Murat, Sloveniya Müsəlman İcmasının müftisi Nevzet Poriç, Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri Kamil Samigullin, Avropa-Tür -İslam Birliyinin prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Serdar Çelebi, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və digər çıxışçılar bütün yaradılanlara hörmət etməyin əhəmiyyəti, qlobal dəstəyi gücləndirmək, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi, birgə fəaliyyətin vacibliyi barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
 

Çıxışçılar, həmçinin silahlı münaqişələrdən, terror aktlarından, dini və etnik zəmində baş verən zorakılıqlardan, ekoloji fəlakətlərdən, mədəni və dini irsin talan və məhv edilməsindən, ekosid və urbisid aktlarından, eyni zamanda, onların ağır nəticələrindən, habelə iqlim dəyişikliyi ilə mübarizəyə etdiyi mənfi təsirlərdən dərin narahatlıqlarını ifadə ediblər.


Onlar Sammitə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin yekun sənədi - Bakı Bəyannaməsi və Dünya dini liderlərinin müraciəti qəbul edilib. Sammit iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.
Daha sonra mətbuat konfransı keçirilib.
Qeyd edək ki, noyabrın 7-də Sammit iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri nəzərdə tutulub.


Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:331
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri