Icma.az
close
up
RU
Dünya dini liderlərinin qlobal Bakı Sammiti başa çatıb

Dünya dini liderlərinin qlobal Bakı Sammiti başa çatıb

Icma.az, Azpost saytına istinadən bildirir.

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda Bakıda keçirilən Dünya dini liderlərinin qlobal Sammiti noyabrın 6-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimi noyabrın 5-də keçirilən Sammit bu gün işini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən plenar iclasla davam etdirib.

Tolerantlıq və Sülh uğrunda Qlobal Şuranın sədri Ahmed Mohamed Aljarwan Alshamsi, Misir diyarının Baş müftisinin müşaviri İbrahim Neqm, “Marmara” Qrupu Fondunun prezidenti Akkan Suver, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Kholiknazar, Finlandiya Dinlərarası Əməkdaşlıq üzrə Milli Forumunun prezidenti Atik Ali, Türkiyənin cəfəri şiə icmasının başçısı Selahitdin Özgündüz, Əbdüssamad Əl-Yezidi, İordaniya Dinlərarası birgə yaşayış araşdırma Mərkəzinin direktoru Nəbil Həddad, Ümumafrika Kilsələr konfransının Baş katibi Fidon Mvombeki, Rumıniya Baş müftisi İyusuf Murat, Sloveniya Müsəlman İcmasının müftisi Nevzet Poriç, Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri Kamil Samigullin, Avropa-Tür -İslam Birliyinin prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Serdar Çelebi, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və digər çıxışçılar bütün yaradılanlara hörmət etməyin əhəmiyyəti, qlobal dəstəyi gücləndirmək, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi, birgə fəaliyyətin vacibliyi barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Çıxışçılar, həmçinin silahlı münaqişələrdən, terror aktlarından, dini və etnik zəmində baş verən zorakılıqlardan, ekoloji fəlakətlərdən, mədəni və dini irsin talan və məhv edilməsindən, ekosid və urbisid aktlarından, eyni zamanda, onların ağır nəticələrindən, habelə iqlim dəyişikliyi ilə mübarizəyə etdiyi mənfi təsirlərdən dərin narahatlıqlarını ifadə ediblər.

Onlar Sammitə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin yekun sənədi – Bakı Bəyannaməsi və Dünya dini liderlərinin müraciəti qəbul edilib. Sammit iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Daha sonra mətbuat konfransı keçirilib.

Qeyd edək ki, noyabrın 7-də Sammit iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri