Icma.az
close
up
RU
“Dünya enerji bazarı artıq köklü bir dönüş nöqtəsindədir” Millət vəkili

“Dünya enerji bazarı artıq köklü bir dönüş nöqtəsindədir” Millət vəkili

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Körfəzdəki müharibənin 8-ci həftəsini geridə qoyan dünya enerji bazarı artıq köklü bir dönüş nöqtəsindədir. Hörmüz boğazından keçid faktiki olaraq dayandırılıb, ABŞ blokadası isə “boz zona” logistika sxemlərini bir-bir bağlayır. Hindistan və Çin bu vaxta qədər müvəqqəti həllərlə - üzən ehtiyatlarla, ikitərəfli sazişlərlə, riskli marşrutlarla -vəziyyəti idarə edirdilər. İndi isə həmin ehtiyat yastığı sürətlə əriyir”.

Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib. Millət vəkili bildirib ki, region ölkələri arasında ən həssas mövqedə Hindistan dayanır. Körfəz ölkələri bu ölkə üçün təkcə xam neft deyil, həm də məişətdə - ilk növbədə yemək bişirməkdə - istifadə olunan sıxılmış neft qazının əsas mənbəyidir. Ehtiyatlar məhduddur, çatışmazlıq artıq hiss olunur:

“İqtisadi nəticələr də gecikmir. Ölkə dörd ildən sonra ilk dəfə geniş miqyaslı dizel qiyməti artırımına hazırlaşır. Bu addım artıq zəifləmiş valyuta fonunda həm inflyasiyanı artıracaq, həm də iqtisadi artımı yavaşladacaq. Daxili bazarı qorumaq üçün ixracat məhdudiyyətləri də istisna deyil. ÇİN daha güclü mövqedən müqavimət göstərir. Bir milyard barreldən artıq strateji ehtiyat və onilliklər boyu formalaşan enerji təhlükəsizliyi siyasəti ölkəyə vaxt qazandırır. Lakin bu yastıq problemi aradan qaldırmır - yalnız onu gecikdirir. Dövlət emalçıları artıq istehsal yükünü azaldıb. Emal gücünün beşdə birini təmin edən kiçik özəl zavodlar eyni anda üç təzyiqlə üz-üzə qalıblar: xammalın azalması, qiymətlərin yüksəlməsi və ikincil sanksiya riski. Bu zavodların bir hissəsi ya fəaliyyətini məhdudlaşdıracaq, ya da tamamilə dayanacaq”.

Millət vəkili vurğulayıb ki, böhranın ən ciddi göstəricilərindən biri üzən ehtiyatların kəskin azalmasıdır. Fevralın ortasında dənizdə 20 milyon barrel Rusiya nefti alıcı gözləyirdi. İndi bu rəqəm 3–5 milyon barrellə düşüb. Üzən ehtiyatlar böhran dövründə sürətlə yenidən yönləndirilə bilən tampon rolunu oynayır. Bu tampon nə qədər kiçilirsə, hər yeni çatdırılma fasiləsi bazara bir o qədər ağrılı vurur: “Rusiya neftindəki endirim də faktiki olaraq yox olub. Ukrayna müharibəsindən sonra Hindistanın öyrəşdiyi güzəşt qiymətləri artıq keçmişdə qalıb. İran nefti isə hələ dənizdə əhəmiyyətli həcmdədir - təxminən 160 milyon barrel - lakin ABŞ blokadası Tehrana bu həcmi real alıcılara çatdırılmağa ciddi mane olur”.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri