Icma.az
close
up
RU
Millət Vəkili Xanlar Fətiyev:

Millət Vəkili Xanlar Fətiyev:

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Azərbaycanla Gürcüstan arasındakı əlaqələr dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa əsaslanır. İki dövlət məhz bu prinsiplərdən çıxış edərək, demək olar ki, bütün sahələrdə fəal əməkdaşlıq edir, beynəlxalq səviyyədə bir-birini dəstəkləyir və birgə infrastruktur layihələri həyata keçirirlər. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi də iki dövlət arasındakı əlaqələrin yüksək səviyyəsindən xəbər verdi.

Qeyd edək ki, Cənubi Qafqazın bu iki dövləti və onların xalqları hər zamanı mehriban qonşuluq və sülh şəraitində yaşayıblar. 1991-ci ildə müstəqilliklərini bərpa etdikdən sonra məhz tarixi sınaqlardan çıxan Azərbaycan və Gürcüstan arasında möhkəm təməllər üzərində dövlətlərarası münasibətlər təşəkkül tapmışdır. İki ölkə əlaqələrinin daha da inkişafında isə xalqımızın Ulu Öndəri Heydər Əliyevin böyük xidmətləri olub. Belə ki, Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə bu ölkəyə rəsmi səfər etməsi Azərbaycan Gürcüstan münasibətlərində yeni pəncərə açmış və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri yaradılmışdı.

Cənab Prezident İlham Əliyev xarici siyasətdə Gürcüstanla əlaqələrə xüsusi diqqət yetirir. Eyni fikirləri Gürcüstanın ali siyasi rəhbərliyi barədə də söyləmək mümkündür. Bunu ötən dövrdə iki dövlətin rəhbərlərinin qarşılıqlı səfərlərinin dinamikası və münasibətlərdəki keyfiyyət dəyişiklikləri də təsdiq edir. İndiyədək Prezident İlham Əliyev Gürcüstana 11 dəfə (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər edib. Eyni zamanda Gürcüstanın əvvəlki prezidentləri və baş nazirləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Təbii ki, hər bir səfər əlaqələrin daha da inkişafı, siyasi, iqtisadi və humanitar sferalarda daha da genişlənməsi, yeni əməkdaşlıq əlaqələrinin yaranması ilə nəticələnibdir. 

Bir məsələni də ayrıca qeyd etməliyik ki, Azərbaycan dövləti Gürcüstana hər zaman real əməldə əsl dost münasibəti göstərmiş, o cümlədən, bu ölkənin çətin vaxtlarında ona böyük dəstək veribir. Məsələn, vaxtilə Gürcüstanda enerji böhranı yarananda Azərbaycan dərhal kömək əlini uzatmışdı və bunu zaman-zaman gürcü siyasilər də etiraf ediblər. Gürcüstanın ərazi bütövlüyü məsələsi ilə bağlı da Azərbaycan daim prinsipiallıq nümayiş etdirmiş, dost və qonşu dövlətin mövqeyini birmənalı şəkildə dəstəkləmişdir. Azərbaycan həm də Gürcüstana ən çox sərmayə yatıran ölkələr sırasında yer alır. SOCAR-ın xətti ilə bu ölkədə görülən işlər onun iqtisadiyyatının inkişafına, dövlət büdcəsinin formalaşmasına böyük töhfələr verir.

Respublikamızın reallaşdırdığı enerji və nəqliyyat layihələri isə Gürcüstanla münasibətlərin daha da inkişafına böyük təsir göstərib. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Cənub Qaz Dəhlizinin inşası Azərbaycanla Gürcüstan arasındakı siyasi və iqtisadi əlaqələri tamamilə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Prezident İlham Əliyev aprelin 16-da Mixeil Kavelaşvili ilə birlikdə mətbuata bəyanatla çıxışında enerji və nəqliyyat layihələrinin əhəmiyyətinə xüsusilə toxundu. Bu layihələrin həm Azərbaycan və Gürcüstan, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığını deyən Prezident İlham Əliyev onu da bildirdi ki, bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil: 

«Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil».

 Azərbaycanın və Gürcüstanın nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı layihələr də ikitərəfli əməkdaşlığa xidmət etməklə yanaşı, regionun hüdudlarını aşır və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Şərq və Qərb arasında qısa, operativ, səmərəli və təhlükəsiz bağlantı yaradan nəhəng nəqliyyat infrastrukturudur. Mətbuata bəyanatla çıxışında cənab Prezident İlham Əliyev çox düzgün olaraq qeyd etdi ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunan nailiyyətlər, yeni inşa edilən dəmir yolları həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Dövlətimizin başçısının söylədiyi kimi əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir.  

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədədir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. O cümlədən regional təhlükəsizliklə bağlı məsələlərdə Azərbaycanla Gürcüstan vahid mövqedən çıxış edirlər.

Gürcüstan Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən əlaqələrin hazırki vəziyyəti və qarşıda dayanan vəzifələrə dair mühüm bəyanatlar səsləndirildi. Bu sırada Mixeil Kavelaşvilinin ölkəsinin həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olması barədə fikirlərini də xüsusi qeyd etməliyik. Bununla da Gürcüstan strateji tərəfdaş kimi Azərbaycanın regionda yaratdığı reallıqlara dəstək verdiyini bir daha bəyan etdi. 

Bundan başqa, Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlığın intensivləşdiyini bildirən Gürcüstan Prezidentinin buna görə cənab İlham Əliyevə təşəkkür etməsi isə bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin müdrik və qətiyyətli siyasəti rəsmi Tbilisi tərəfindən də dərin ehtiramla qarşılanır. 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze də ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini bu il Azərbaycana etmişdi. Gürcüstan Prezidentinin də ilk səfərini Azərbaycana gəlməsi rəsmi Tbilisinin respublikamızla münasibətlərə böyük önəm verdiyini və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirməkdə və genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq isə ikitərəfli əməkdaşlığın əsasını təşkil edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://missiya.az
archiveBu xəbər 18 Aprel 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri