Icma.az
close
up
RU

Dünya ərzaq böhranı ilə üzləşir

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Yaxın onilliklər ərzində məhsuldarlığı daha da artırmaq, qlobal ərzaq böhranının qarşısını almaq üçün elmi tədqiqatların və qida məhsullarının yenidən bölüşdürülmə tədbirlərinin əhəmiyyətli dərəcədə artırılmasına ehtiyac var.
Reyting.az
"Amerikanın səsi"-nə istinadla bildirir ki, bu barədə 150-dən çox Nobel və Ümumdünya Ərzaq Mükafatı laureatının açıq məktubunda qeyd olunub.
Tanınmış alimlər qida təhlükəsizliyi ilə bağlı bütün dünya üzrə araşdırma və praktik tədqiqatların artırılmasına çağırış ediblər.
Elm adamlarının məktubunda vurğulanır ki, hazırda təxminən 700 milyona yaxın insan qida çatışmazlığından və ifrat yoxsulluqdan əziyyət çəkir. Lakin ərzaq yetişdirmək, paylamaq üçün iddialı səylər olmasa, daha çox insan iqlim dəyişikliyi və əhalinin artımı səbəbindən ciddi ehtiyac içində olacaq.
Məktub müəlliflərinin proqnozlarına görə, iqlim dəyişikliyi nəticəsində əksər ərazilərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı azalacaq. Buna paralel olaraq, 2050-ci ilə qədər dünyada əhalinin sayı daha da çoxalıb 1,5 milyard nəfər artacaq. Bu isə dünya əhalisini qidalandırmaq üçün ərzaq istehsalında əhəmiyyətli artım tələbatı yaradacaq.
Laureatlar xüsusi qeyd edirlər ki, Afrikada qarğıdalı məhsuldarlığının azalması və tənəzzül gözlənilir. Buna səbəb kimi dünyanın bir çox bölgələrində torpağın azalması və su qıtlığı göstərilir.
Alimlər yazırlar ki, dünyanın gələcək ərzaq ehtiyaclarını ödəyə bilməkdən uzağıq.
2011-ci il Fizika üzrə Nobel mükafatı laureatı Brayan Şmidt vurğulayıb ki, qarşıdakı onilliklərdə qida istehsalının kəskin şəkildə artırılması əsas problemdir. Alim bunu mövcud bilikləri və qlobal liderliyi genişləndirmək məqsədi ilə kifayət qədər maliyyə vasitəsilə əldə edilə bilən "həyatı dəyişdirən missiya" adlandırıb.
Məktubda qeyd olunur ki, əsas bitkilərdən düyü və buğdada fotosintezin gücləndirilməsi, kimyəvi gübrələrdən daha az asılı olan bitkilərin yaradılması, tərəvəzlərin, eləcə də meyvələrin saxlanma müddətinin artırılması kimi "transformasiya səyləri" tələb edilir.
Digər bir elm adamı, NASA-nın iqlim üzrə alimi və 2022-ci il Dünya Ərzaq Mükafatı laureatı Sintiya Rozensberq isə bildirir ki, bir müddət əvvəl elm adamları çox əhəmiyyətli irəliləyişlər əldə ediblər, lakin onların işləri daha da sürətləndirilməlidir.
"Yeni həllər icad etməyə ehtiyac yoxdur", - deyən Rozensberq daha sonra əlavə edib:
"Bu həllər artıq sınaqdan keçirilir. Lakin onları laboratoriyadan çıxarıb dünyanın kənd təsərrüfatı bölgələrinə köçürmək üçün bizə iddialı, həm də diqqətli bir səy lazımdır".

Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Yanvar 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri