Icma.az
close
up
RU
Dünya Gənc Türk Yazarlar Birliyi yeni üzvlər qəbul edib

Dünya Gənc Türk Yazarlar Birliyi yeni üzvlər qəbul edib

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Bakıda Azərbaycan və Özbəkistandan olan gənc yazarların görüşü keçirilib.

Tədbirin əsas məqsədi türk xalqları arasında ədəbi-mədəni əməkdaşlığın dərinləşdirilməsi, yeni nəsil yazarların bir araya gəlməsi və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan DGTYB başqanı şair-publisist İntiqam Yaşar birliyin fəaliyyəti və missiyası barədə danışaraq, gələcəkdə Azərbaycan və Özbəkistan da daxil olmaqla türk dünyasının müxtəlif ölkələrindən olan gənc yazarlarla birgə həyata keçirilməsi planlaşdırılan layihələr barədə danışıb.

Görüşdə çıxış edən DGTYB İdarə Heyətinin üzvləri – şair Yusif Nazim, yazıçı Yeqzar Cəfərli, şair Şükür Əli, başqan müavini şair Ayşən Rəhim, eləcə də üzvlüyə qəbul olunmuş gənc yazarlar – Aygün Bayramlı, Elçin Məhərrəmli, Nicat Hunalp, Malik Atilay, Səma Muğanna, Elmir Həsən və Vasif Şükür gənc yazarlar arasında ədəbi ruhun qorunub saxlanmasının, birgə ədəbi platformaların formalaşdırılmasının vacibliyindən danışıblar.

Görüşə qatılan Özbəkistan nümayəndə heyətinin üzvləri – gənc şair və tərcüməçi Rahmat Babacan, eləcə də yazarlar Cövlan Cavliyev, Candəmir Candar, Şəhriyar Şövkət və Qırğızıstandan olan yazar, Sabirbek Börübay da çıxış edərək türkdilli xalqların ədəbi və mənəvi bağlarının möhkəmlənməsinin əhəmiyyətini qeyd ediblər.

Onlar DGTYB-nin türk dünyasının gəncliyi arasında ədəbi əlaqələr yaratmaq yolunda gördüyü işləri yüksək qiymətləndiriblər.

Tədbir boyu həm Azərbaycan, həm də özbək şairləri tərəfindən müxtəlif şeirlər səsləndirilib.

Bir daha vurğulanıb ki, bu cür görüşlər gənc yazarların bir-birini tanıması, təcrübə mübadiləsi aparması baxımından mühüm əhəmiyyət daşıyır.

Milli QHT forumunun konfrans salonunda təşkil olunan tədbirin sonunda DGTYB-yə yeni üzv seçilən bir neçə yerli və özbək yazara rəsmi üzvlük vəsiqələri təqdim edilib, xatirə fotosu ilə tədbirə yekun vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 İyul 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri