Icma.az
close
up
RU
Dünya Gənc Türk Yazarlar Birliyi Bakı Avrasiya Universitetində Qərbi Azərbaycan hekayələri kitabını təqdim edib

Dünya Gənc Türk Yazarlar Birliyi Bakı Avrasiya Universitetində Qərbi Azərbaycan hekayələri kitabını təqdim edib

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Bakı Avrasiya Universitetində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində hazırlanan "Qərbi Azərbaycan hekayələri" adlı kitabın təqdimatı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təqdimatda DGTYB-nin Məsləhət Şurasının başqanı, Milli Məclisin eksperti Əkbər Qoşalı, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev, sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, DGTYB-nin başqan müavini Ayşən Rəhim, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Salamlama nitqi ilə çıxış edən Universitetin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Rzayeva Sevda Ramiz qızı Azərbaycan üçün son dərəcə vacib əhəmiyyətli bir mövzuda təşkil olunan tədbirin universitet kollektivinin yaddaşında dərin iz buraxacağına inamını ifadə edib.

Daha sonra universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova çıxış edərək qeyd edib ki, belə tədbirlər gənc nəsildə milli kimlik və tarixi yaddaşın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ədəbiyyat vasitəsilə Qərbi Azərbaycanın tarixi və insan talelərinin işıqlandırılması gənclərin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.
Tədbirdə çıxış edən DGTYB-nin başqanı, layihə rəhbəri İntiqam Yaşar bildirib ki, Qərbi Azərbaycan mövzusu təkcə bir bölgənin deyil, bütövlükdə Türk dünyasının tarixi yaddaş məsələsidir:
“Toplu yazarların Qərbi Azərbaycan həqiqətlərinə ədəbi baxışını əks etdirir. Məqsəd qələm sahiblərinin səsi ilə itirilmiş yurd yerlərinin mənəvi qaydışını təmin etməkdir".

Layihənin eksperti, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı çıxışında qeyd edib ki, Qərbi Azərbaycan məsələsinin ədəbiyyatda işlənməsi yalnız keçmişin ağrısını deyil, gələcəyə inamı da ifadə edir. O, sözügedən toplunun ədəbiyyat vasitəsilə həm bir yaddaşı yaşatdığını, həm də gələcək nəsillərə milli məsuliyyət hissinin aşıladığını vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev isə 1948–1953-cü illərdə Qaraqoyunlu dərəsindən türklərin köçürülməsi barədə tarixi faktlara toxunub. O vurğulayıb ki, həmin dövrdə baş verən hadisələr təkcə siyasi yox, həm də mənəvi travma kimi xalq yaddaşında qalmaqdadır.
Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev çıxışında Qərbi Azərbaycanın demoqrafik və mədəni tarixindən danışaraq, bu mövzunun sosial elmlər üçün də dərin araşdırma potensialı daşıdığını bildirib.

Təqdim edilən hekayə toplusuna Mahirə Nağıqızının “Mənim çəkmələrim”, Azər Abdullanın “Qəmərlidən keçən qatar”, Məmməd Orucun “Köçürülmə” romanından bir hissə, Güldərənin “Qaçqın kitablar” və Şəfa Vəlinin “Həsrətdən miras” adlı hekayələri daxildir.

Qeyd edək ki, iki dildə – Azərbaycan və rus dillərində nəşr edilən bu toplu yaxın günlərdə Türk dünyasının müxtəlif ölkə və bölgələrində də təqdim olunacaq.

Ayşən Rəhim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri