Icma.az
close
up
RU
Dünya iki yerə bölünür: 23 gündən sonra Moskvada baş verəcək hadisə...

Dünya iki yerə bölünür: 23 gündən sonra Moskvada baş verəcək hadisə...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynaya əlavə 40 milyard avro maliyyə yardımı ayırmaq planından imtina etməli olub. Bundan əvvəl Aİ Ukrayna üzrə danışıqlar üçün xüsusi nümayəndə təyin etməyi də təxirə salıb. Halbuki xüsusilə Fransa Prezidenti Emmanuel Makron buna namizəd idi.

Bu kimi addımlar Aİ-nin Ukrayna məsələsində daha passiv mövqe tutduğunu və proseslərdən tədricən geri çəkildiyini göstərir.

Aİ-nin Ukrayna məsələsində sürətlə geri çəkilməsinin səbəbləri nədir? ABŞ və ya Rusiya ilə gizli razılaşmalar mümkündürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Kaya Kallasın çıxışında Rusiya-Ukrayna müharibəsi ilə bağlı maraqlı məqamlar və müəyyən ipucları mövcuddur:

“Kallas bildirir ki, 27 ölkə atəşkəsi dəstəkləyir. Bu, olduqca mühüm məsələdir. Yəni bütün dövlətlər sülh istəyir. Bildiyiniz kimi, bir ay əvvəl Ukraynada qeyd-şərtsiz atəşkəs razılaşdırılmışdı. Ancaq bütün ölkələrin razılığını ehtiva edən konsensusu əldə etmək son dərəcə çətindir. Məhz bu səbəbdən tərəddüdlər yaranır.

Rusiyanın Ukraynanın Sumı şəhərinə hücumu nəticəsində təxminən 20 nəfərin həlak olması, Avropa İttifaqı daxilində rəsmi Moskvanın əslində sülh istəmədiyi qənaətini daha da gücləndirib
Kallas bu vəziyyətdən çıxış yolunu Rusiyaya daha çox təzyiq göstərməkdə görür. Lakin bu təzyiqlərin konkret hansı üsullarla həyata keçiriləcəyinə dair detallı açıqlama vermir. Hazırda bəzi ölkələr Ukraynaya hücum silahları, bəziləri müdafiə silahları göndərir. Digərləri təlimlər keçirir, maliyyə yardımı edir və s. Yəni dəstək müxtəlif formalarda həyata keçirilir”.

Əziz Əlibəyli

Əziz Əlibəylinin sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr tərəfindən ümumilikdə 73 min Ukrayna əsgəri təlim keçib və silahlandırılıb. Lakin bu addımların özlüyündə 100 faiz nəticə vermədiyi artıq bəllidir:

“Əgər hərbi sahədə yetərli nəticələr əldə olunmursa, deməli, Avropa İttifaqı Rusiya üzərində təzyiqləri artırmaq üçün 17-ci sanksiya paketi üzərində işləyir. Kaya Kallas da açıq şəkildə bildirir ki, bu yeni sanksiyalar paketi ilə Rusiyaya zərbə vurulacaq”.

Siyasi şərhçi əlavə edib ki, 9 may faşizm üzərində Qələbə Günündə dünya iki yerə bölünəcək:

“Bəzi ölkələr Moskvaya gedərək Qələbə paradında iştirak edəcək. Avropa İttifaqı isə özünün “şayka” adlandırdığı ölkələri həmin gün Kiyevə dəstək məqsədilə Ukraynaya səfər etməyə çağırır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri