Icma.az
close
up
RU
Moskvada generalın öldüyü partlayışın HADİSƏ ANI YENİLƏNİB

Moskvada generalın öldüyü partlayışın HADİSƏ ANI YENİLƏNİB

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskvada Rusiya ordusunun general-leytenantı İqor Kirillovun avtomobilinin partladılmasının hadisə anının videosu yayılıb.

Lent.az görüntüləri təqdim edir:

***

09:57

Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.

Lent.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, hadisə skuterə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində olub.

Petrenko bildirib ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi qətllə bağlı cinayət işi açıb. Hadisə yerində müstəntiqlər, kriminoloqlar və əməliyyat xidmətləri işləyir. Cinayətin bütün halları müəyyən edilib.

***

09:05

Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub. Onun köməkçisi də dünyasını dəyişib.

Lent.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, partlayış həmin şəxslər evdən çıxarkən baş verib.

İqor Kirillov

Çox güman ki, partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.

Partlayış evin özündə giriş qapısının sökülməsinə, şüşələrin sınmasına səbəb olub.

Generalın xidməti avtomobilinə də ziyan dəyib./APA

***

Moskvada baş vermiş partlayış nəticəsində ilkin məlumata görə Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.

Lent.az Rusiyanın “Telegram” kanallarına istinadən xəbər verir ki, Moskvanın Nijeqorodsk rayonunda evlərdən birinin həyətində baş verən partlayış nəticəsində iki nəfər ölüb.

Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu binanın çıxışına qoyulub.

Partlayışın yerli vaxtla səhər saat 6-da Ryazanski prospektində 2-ci binanın yaxınlığında baş verdiyi bildirilir.

Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.

Onu da qeyd edək ki, məlumata hələ ki, rəsmi münasibət bildirilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri